Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-53/2023 07.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Borclu, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Yevlax rayon icra və probasiya şöbəsinin 02 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından Borclu tərəfindən verilmiş şikayətə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Natariat kontorunun 8 İ-916 nömrəli 31yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə 20025 manat pul vəsaitinin ondan tutulması müəyyən edilmişdir. Buna əsasən Yevlax rayon icra və probasiya şöbəsi tərəfindəmn icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbkar ilə onun arasında olan müqavilə Mingəçevir “ASAN xidmət” Mərkəzində xx.xx.2021-ci il tarixdə 3M-316 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Tələbkar 20000 manat pul götürmüş, ona 13000 manat pul qaytarmışdır. Pulun qalanını qaytarmamağının səbəbi odur ki, Səfurə pulu qaytarmağı barədə ona qəbz vermək istəmir. Pulu qaytaranda qəbz verilməməsi onu göstərir ki, onun nə isə başqa planı vardır. Buna görə də aralarında münahisə olduğundan nə “ASAN xidmət” mərkəzi nə də Yevlax notariat kontoru icra sənədi verməyib, tələbkar Ağdaşdan icra sənədi almışdır. Bu iş üzrə məhkəmə əmri belə alınmamışdır. Yevlax rayon icra və probasiya şöbəsinin qərarını 03 aprel 2023-cü il tarixdə almamışdır. İcra sənədi üzrə Borclu məhkəmə iclasında ərizəsinin mahiyyəti üzrə izahat verərək, tələbkara 13000 manat ödədiyini, lakin tələbkarın bununla bağlı qəbz verməyərək sözügedən qəbzin yalnız qalıq borcun ödənildiyi halda veriləcəyini qeyd etdiyini bildirmiş, bu səbəbdən icra məmurunun icraata başlamaq haqqında qərarının qanunsuz olduğunu hesab edərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Fərhad Əliyev məhkəmədən şikayət əsassız olduğundan, habelə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı İcra Haqqında Qanunun 8-ci maddəsinin tələbinə uyğun qəbul olunduğundan sözügedən ərizənin təmin olunmamasını xahiş etdi. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev tərəfindən Ağdaş Rayon Notariat Kontorunin 8İ-916 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlamaq haqqında qərarını Borclu göndərilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 26928/2023-36-2-002 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş və qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 6.1.4. notariusun icra qeydləri icra sənədləri sayılır; Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qeyd edir ki, icra məmuru mübahisələndirilən qərarını “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun qəbul etmiş, borclunun ərizəsində və məhkmə iclası zamanı qeyd etdiyi hallar isə sözügedən 02 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Beləki, göründüyü kimi Ağdaş Rayon Notariat Kontorunin 8İ-916 nömrəli, xx.xx.2023-cü il tarixli sənədi qanunun mənasına görə icra sənədidir və sənəd “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Notariat Kontorunin 8İ-916 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yevlax rayon icra və probasiya şöbəsinin 02 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından Borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-53/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-53/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver