Məhkəmə qərarları › İş №8(039)-56/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-56/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-56/2023 02.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(039)-211/2021 saylı qətnaməsi ilə tutulmalı olan pul məbləğinin indeksləşdirilməsinə dair X1 ərizəsinə işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(039)-211/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh Borclu Rafiq qızından 10000 manat məbləğində pul alınaraq X2 verilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(039)-211/2021 saylı qətnaməsi ilə Borclu Rafiq qızından alınıb ona ödənilməli olan 10000 manat məbləğində pulun avqust 2017-ci ildən 2023-cü ilin may ayına indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(039)-211/2021 saylı ilə cavabdeh Borclu Rafiq qızından 10000 manat məbləğində pul alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. Hazırki müddətə qədər qətnamə icra olunmamışdır. Ancaq o həmin vəsaiti 03 avqust 2017-ci ildə verdiyindən 5 ildən artıq müddət keçmiş və hesablanmış pul məbləği öz dəyərini dəfələrlə itirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(039)-211/2021 saylı qətnaməsi ilə tutulmalı olan 10000 manat məbləğ indeksasiya edilərək, 12690 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə pulun indeksasiyası nəzərdə tutulmuşdur. Qətnamədə qeyd olunan qızıllar mövcud olmadığından həmin qızılları dəyəri borcludan alınaraq tələbkara ödənilməlidir. İş materiallarında olan ekspert rəyi ilə 10000 manat pulun indeksasiyası 12690 manat olması müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, tələbkar pulun (qızılların dəyərinin) 2017-ci ildən indeksasiya edilməsini xahiş etsə də, qətnamə üzrə icraata başlama haqqında qərar 08 may 2021-ci il tarixdə başlandığından, yəni qızılların və ya dəyərinin tələbkara verilməsi olan tarix 08 may 2021-ci il olduğudan, pulun indeksasiyası da həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində göstərilmişdir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci , 263 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(039)-211/2021 saylı qətnaməsi ilə alınaraq tələbkar X2 verilməli olan 10000 manat indeksasiya edilməklə 12690 manat həcmində icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar