Məhkəmə qərarları › İş №8(039)-57/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-57/2022

19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-57/2022 19.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İcra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Qorxmaz Əsgərov məhkəməyə təqdimat verərək Yevlax şəhəri Nizami küçəsi ev 176 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-314/2021 saylı, 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən 14 dekabr 2018-ci il təvəllüdlü X4 və 23 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu 04 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat sabit pul məbləğində aliment və 23 iyul 2020-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək Borclu hər ay 40 (qırx manat) manat sabit pul məbləğində aliment tələbkar X3 xeyrinə tutulmalıdır. Borclu könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Tələb borclu tərəfindən könüllü qaydada ödənilmədiyindən, tələbin borclunun əmlakına yönəldilməsi məqsədilə müvafiq sorğular edilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcək əmlak və gəlir aşkar edilməmişdir. Borclu və Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, ünvan 1 ünvanında yaşayan Borclu icra işi ilə əlaqədar könüllü icra üçün bildiriş göndərilməsinə və iş üzrə izahatlarının alınmasına baxmayaraq tələbi icra etməmiş və bu barədə rəsmi olaraq heç bir üzrlü səbəb göstərməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 71371/2021-36-9-003 saylı, 01 aprel 2021-ci il tarixli tələbin könüllü icrası haqqında surətindən görünür ki, Borclu ünvanına bildiriş göndərilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 71371/2021-36-9-005 saylı, 21 may 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrlü səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu icra sənədi üzrə olan borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yaşayan Borclu icra sənədi üzrə borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar