Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-6/2025 17.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Şəki Kommersiya Məhkəməsi tərəfindən e-2-2(117)-542/2024-018 saylı iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Şəki Kommersiya Məhkəməsi tərəfindən e-2- 2(117)-542/2024-018 saylı iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən e-2-2(117)-542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2024cü il tarixdə Yevlax rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, bildirişlə barədər icra sənədi üzrə borcu Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcu Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olan ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru Elmidar Rüstəmov təqdimatın məzmununa uyğun izahat verərək, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş işdə iştirak edən tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən e-2-2(117)-542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov tərəfindən Şəki Kommersiya Məhkəməsi tərəfindən e-2-2(117)-542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e196317/2024-36-7-003 saylı bildirişdən görünür ki, Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinə icra sənədini könüllü icra etmək üçün bildirişi göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-5283/2024 saylı məktubdan görünür ki, Borclu MMC-nin adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən (8.1985 ha) torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş təqdim edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********37 №-li, qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 8,1985 ha yaşayış məntəqələrinin torpaqları sahəsi Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinin adına tam mülkiyyət kimi qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş, Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısında borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə), habelə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatı təmin olunmalı, Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinin ümumibirgə mülkiyyətində olan **********37 №-li, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqları qeydə alınmış 8.1985 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu Məhdud Məsuliyyəti Cəmiyyətinin ümumibirgə mülkiyyətində olan **********37 №-li, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqları qeydə alınmış 8.1985 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-6/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-6/2025
17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver