Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-62/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(039)-1049/2022 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına və təqdimata əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(039)-1049/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu 20000 manat pul və 150 manat dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Yevlax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(039)-1049/2022 saylı icra sənədi icra оlunması üçün Yevlax rayоn İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayоn İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 8(039)-95/2023 saylı qərardadı ilə Borclu və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla 2.4585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.61446 ha torpaq sahəsinin, ********** qeydiyyat nöməli, xx.xx.2023-cü il tarixli çıxarışla 2.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.8266 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq, qərardadı ləğv edilməsini və torpağın üzərindən həbsin götürülməsini xahiş etmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Yevlax Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 8(039)-62/2024 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 8(039)-95/2023 saylı qərardadı ləğv edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilə bilməz. İş materiallarında olan çıxarışın surətindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 01 may 2015ci il tarixli və ********** qeydiyyat nömrəli 01 may 2015-ci il tarixli çıxarışlarla verilmiş torpaq sahəsi dörd nəfərin ümumi birgə torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərinə həbsin qoyulması digər mülkiyyətçilərin, iş üzrə tərəf olmayan şəxslərin mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 05 iyul 2023-cü il tarixli çıxarışla verilmiş torpaq sahəsinin 3/8 hissəsi borcluya məxsusdur. Torpaq sahəsinin ümumi ölçüsü 2.48 ha təşkil edir. Yəni borclunun mülkiyyəti 1 ha torpaq sahəsi təşkil etmir. Bundan başqa tələbkar məhkəməyə ünvanlandığı ərizəsinin icra sənədinin icra olunduğunu və bununla bağlı Yevlax rayon İcra və Probasiya şöbəsinə ərizə verdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun aurı-ayrı hissələri həmçinin onların altında olan həyətyani torpağa (bir ailə üçün bir ev və ya mənzildə çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin 2-ci bəndinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə yuxarıda qeyd olunanlara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(039)- 1049/2022 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yevlax Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(039)-1049/2022 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-62/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-62/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver