Məhkəmə qərarları › İş №8(039)-63/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-63/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-63/2023 03.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-821/2020 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-821/2020 nömrəli icra sənədi üzrə Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(039)-821/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5030 manat alınaraq Tələbkar verilməlidir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli, 87908/2020-36-1-004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Borclu icra sənədini icra etmədiyi halda cinayət məsuliyyətinə cəlb olunması haqqında məktubu göndərilmiş və sonuncu həmin sənədi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-821/2020 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1997-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş və Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar