Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-64/2023 03.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-101/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-101/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X1 cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası təmin edilmişdir. Borclu sözügedən qətnamənin hissə-hissə icra edilməsi, yəni qətnamə ilə müəyyən edilmiş 2000 manat məbləğində pulun hər ay 100 manat olmaqla, ondan tutulub tələbkar X1 xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini belə əsaslandırmışdır ki, o, işləmir, maddi vəziyyəti çətindir. Həyat yoldaşı X3 şəkər xəstəsidir, işləmir və onun himayəsindədir. Qətnamə ilə qət edilmiş 2000 manat məbləğində pulu bir dəfə ödəmək imkanı yoxdur. Həmin pulu hər ay hissə-hissə, yəni hər ay 100 manat məbləğində olmaqla iddiaçı X1 xeyrinə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tələbkar, borclu və Yevlax rayon icra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnamənin hissə-hissə icra edilməsinə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. İş materiallarında olan; Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 2000 manat dəymiş ziyan tutularaq iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 367 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Borclu həqiqətən də Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatdadır və yaşayır. Onun həyat-yoldaşı X2 “DİOBET” xəstəsidir. Həyat-yoldaşı xəstə olduğu üçün ona himayəsində qulluq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğin hissə-hissə ayda 100 manat olmaqla ödənilməsinin icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-64/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-64/2023
03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver