Məhkəmə qərarları › İş №8(039)-65/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-65/2023

04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-65/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 1643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 8202 manat məbləğində borc alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Borcluoğluna icra işi ilə əlaqədar könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq vaxtlı-vaxtında ödəməmiş və nəticədə xx.xx.2023-cü il tarixə borcu tərəfindən 4530 manat aliment borcu yaranmışdır. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 8202 manat məbləğində borc alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 35917/2023-36-1-004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildirişi xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Borclunun əmlakına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Borclu Yevlax rayonu, Salahlı kəndində borclunun yaşadığı ünvanı dəfələrlə getməyinə baxmayaraq onu həmin ünvanda tapmadığını bildirmişdir. ünvan 2ti ərazi dairəsi üzrə nümayəndəliy tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Borclu hal-hazırda Salahlı kəndində yaşayır. “İcra Haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərardadı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borclu- xx.xx.1992-ci il tarixdə Yevlax rayonu, Salahlı anadan olmuş və Yevlax rayonu, Salahlı kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar