Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-66/2022 25.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi Təqdimat vermiş Yevlax RİPŞ-nin icra məmuru Fərhad Əliyevin iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2020 saylı, 20 fevral 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun məcburi gətirilməsinə” dair Yevlax RİPŞ-dan daxil olmuş təqdimata baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2020 saylı, 20 fevral 2020-cı il tarixli icra sənədinə əsasən, iddiaçı X5 ilə Borclu arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 12 fevral 2003-cü il tarixlı nikah qeydi pozulmuşdur. Nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 08 noyabr 2002-ci il təvəllüdlü X7, 13 avqust 2007-ci il təvəllüdlü X6 və 12 iyun 2010-cu il təvəllüdlü X8 adlı uşaqlar iddiaçı X1 himayəsində saxlanılmışdır. Cavabdeh Borclu 17 oktyabr 2019-cu il tarixdə başlayaraq, 08 noyabr 2002-ci il təvəllüdlü X3, 13 avqust 2007-ci il təvəllüdlü , X2 və 12 iyun 2010-cu il təvəllüdlü X4 18 yaşina çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat məbləğində aliment iddiaçı X1 xeyirinə tutmalidir.. Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2020 saylı, 20 fevral 2020-cı il tarixli icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax RİPŞ-in icra məmuru Fərhad Əliyev təqdimatı müdafiə edərək izah etdi ki, Borclu borcu var. Lakin Borclu dəfələrlə xəbərdarlıq olunmasına və Yevlax RİPŞ-nə çağırılmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, üzrsüz səbəbdən Yevlax RİPŞ-nə gəlmədiyini və yaranmış borcunun onun tərəfindən ödənilməli olmasını göstərib, borclunun məcburi qaydada icra şöbəsinə gətirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2020 saylı, 20 fevral 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Yevlax RİPŞ-nə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci, Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-179/2020 saylı, 20 fevral 2020-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax şəhəri Yevlax rayonu Səmədabad kəndində yaşayan Borclu Yevlax RİPŞnə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yevlax RPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Əlizadə Ruslan
Məhkəmə qərarları › İş №8(039)-66/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-66/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver