Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-66/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1803/2022 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Elşad Cabbarov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1803/2022 nömrəli icra sənədi üzrə Yevlax şəhəri, K.Sabitov küçəsi ev 21-da yaşayan Borclu Rafiq oğlunun məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(039)-1803/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu Rafiq oğlundan bir uşağın yetkinlik yaşana çatanadək saxlanılması üçün hər ay 150 manat aliment alınaraq Tələbkar verilməlidir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 78619/2023 saylı bildirişdən görünür ki, Borclu Rafiq oğluna icra sənədini könüllü icra etmək üçün bildiriş xx.xx.2023-ci il tarixdə qəbul etmişdir. Borclu xx.xx.2023-cü il tarixli izahatında Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1803/2022 nömrəli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək hər ay 150 manat alimentin Tələbkar olan 1250 manat aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə borclu Muradov X1 rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1803/2022 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1998-ci ildə Yevlax şəhərində doğulmuş və Yevlax şəhəri, K.Sabitov küçəsi 21-da qeydiyyatda olan Muradov X1 rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(039)-66/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-66/2023
04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver