Məhkəmə qərarları › İş №8(039)-69/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-69/2022

14.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-69/2022 14.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, X2, X11 və X7, X1 və X6 iştirakı ilə, X2, X11, X7 və X9 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elşad Cabbarovun 21 dekabr 2021-ci il tarixli qərarından ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Cavahir Əsədova, Əsəd Əsədov, Kamil Əsədov və X22 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2021-ci il tarixli qərarının ləğv edilib, icra tədbirlərinin davam etdirilməsi üçün həmin icra sənədini Yevlax Rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 №-li, 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X16 və X12 iddiaçı X8 icarəsində və istifadəsində olan, Yevlax rayonu Malbinəsi kəndində camış ferması deyilən yerdə yerləşən, 8.50 ha torpaq sahəsinin 2 hektar ərazisindən və onun istifadəsində olan ferma və çoban evindən çıxarılmalıdırlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi icra məmuru Elşad Cabbarovun icraatında olsa da, xeyli müddət keçməsinə baxmayaraq icra edilməmişdir. İcra sənədi üzrə tələbkar X17 08 dekabr 2020-ci il tarixdə vəfat etdikdən sonra icra məmuru Elşad cabbarov qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəfat etmiş tərəfi onlar vərəsələri ilə əvəz etmədən icra sənədininicraatında xitam verilməsi haqqında 21 dekabr 2021-ci il tarixli əsassız qərar qəbul etmişdir. Həmin qərarın surətini 22 aprel 2022-ci il tarixdə almışlar. Onlar mərhum X8 qanuni vərəsələri olaraq həmin qərarı qanunsuz hesab edirlər. Ona görə də, şikayətlərinin təmin edilməsini, icra məmuru Elşad cabbarovun icra sənədi zrə icraata xitam verilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərarını ləğv edib icra hərəkətlərinin davam etdirilməsi üçün qətnamə üzrə icra vərəqəsini yenidən icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndrilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı Cavahir Əsədova, Əsəd Əsədov və Kamil Əsədov şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı borclu X12 izahat verərək bildirmişdir ki, onlar Kəlbəcər rayonundan məcburi köçkün kimi uzun illərdir ki, mübahisəli ərazidə məskunlaşıb yaşayırlar. Azad olunmuş torpaqlara qayıdana kimi onlara həmin ərazidə yaşamağa möhlət verilməlidir. Ona görə də, şikayətin təmin edilməməsini və böyük icra məmuru, İ dərəcəli ədliyyə qullusçusu Elşad Cabbarov tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclası zamanı borclu X16 izahatında borclu Təhməz Verdiyevin izahatına uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 №-li, 16 aprel 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, tələbkar X17 08 dekabr 2020-ci il tarixdə vəfat etdiyindən icra tədbirlərini həyata keçirmək mümkün olmamış və 21 dekabr 2021-ci il tarixli qərarla icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə Cavahir Əsədovanın, Əsəd Əsədovun, Kamil Əsədovun və borclular Təhməz Verdiyevin, Valeh Məmmədovun izahatlarını, şikayəti və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, şikayət əsaslıdır. Belə ki, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, tələbkar xx.xx.2020-ci il tarixdə öldüyündən Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 №-li, 16 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 22 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, 08 dekabr 2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri X3, X18 və X13r. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Maddə 31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Beləliklə müəyyən olunur ki, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X14 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərini pozaraq iddiaçı X8 ölməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Belə ki, icra işindən də müəyyən olunur ki, böyük icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi üçün müvafiq tədbirlər görülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 №-li, 16 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: X2, X11, X7 və X9 şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 №-li, 16 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İcra tədbirlərinin davam etdirilməsi üçün həmin icra sənədi yenidən Yevlax Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar