Məhkəmə qərarları › İş №8(039)-69/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-69/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-69/2023 05.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-68/2023 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-68/2023 nömrəli icra sənədi üzrə Yevlax rayonu, Yeni Çobankərə kəndində yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(039)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2022-ci il tarixində başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınıb Tələbkar xeyrinə verilməlidir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Kənan Süleymanov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlamaq haqqında qərarını Borclu göndərilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 46243/2023-36-3-004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixli, 46243 saylı icra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xəbərdarlıqdan görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-68/2023 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1988-ci ildə Yevlax rayonu, Bünyadabad kəndində doğulmuş və Yevlax rayonu, Yeni Çobankərə kəndində qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar