Məhkəmə qərarları › İş №8(039)-7/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-7/2023

23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-7/2023 23.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1916/2022 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyevin təqdimatla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 1916/2022 nömrəli icra sənədi üzrə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(021)-1916/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il başlayaraq Borclu hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 1400 manat aliment borcu yaranmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Fərhad Əliyev tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-1916/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlamaq haqqında qərarını Borclu göndərilmişdir. Borclu icra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xəbərdarlıq məktubu göndərilmiş və sonuncu həmin sənədi xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana xəbərdarlıq göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə borclu Əsədov X4 rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1916/2022 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1986-cı ildə Yevlax şəhərində doğulmuş və Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Əsədov X4 rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar