Məhkəmə qərarları › İş №8(039)-72/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-72/2023

03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-72/2023 03.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1, İcra sənədi üzrə Borclu iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu qarşı borcla əlaqədar pul tələbinə dairiddiası üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-2009/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissəhissə icra edilməsi, yəni qətnamə ilə müəyyən edilmiş borcdan ödənilməmiş qalan 1731 manat məbləğində pulun hissə-hissə, yəni hər ay 150 manat olmaqla "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 1957.13 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə göstərilmiş 1957.13 manat məbləğində borcdan 226.13 manat məbləğində pulu iddiaçı "xxxx" ASC-nin hesabına ödəmişdir. O, işləmir, ara-sıra fəhləliklə məşğul olur, himayəsində işləməyən həyat yoldaşı və 2 nəfər azyaşlı uşaqları vardır. Maddi vəziyyəti çətindir. Hazırda qətnamə ilə müəyyən edilmiş borcdan ödənilməmiş qalan 1731 manat məbləğində pulu birdəfəyə ödəmək imkanı yoxdur. Həmin borcu hissə-hissə, yəni hər ay 150 manat məbləğində olmaqla iddiaçı "xxxx" ASC-nin xeyrinə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Yevlax rayon icra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxmışdır. İcra sənədi üzrə Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-2009/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılması xahiş etmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında, borc məbləğinin hissə-hissə ödənilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını əsas gətirərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmışdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, borclunun izahatını, tələbkarın nümayəndəsinin fikrini dinləyərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnamənin hissə-hissə icra edilməsinə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tələbkar, borclu və Yevlax rayon icra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə ərizəyə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnamənin hissə-hissə icra edilməsinə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. İş materiallarında olan; Belə ki, Yevlax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 1957.13 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 370 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Borclu həqiqətən də Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatdadır və yaşayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, “Mercedes Benz C200” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin qeyd olunan tələblərini, işin göstərilən hallarını və məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğin hissə-hissə ayda 150 manat olmaqla ödənilməsinin icra sənədi üzrə tələbkarın mənafelərinə zidd olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-2009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar