Məhkəmə qərarları › İş №8(039)-73/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-73/2023

08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-73/2023 08.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Yevlax Rayon Məhkəməsi tərəfindən 2(039)-100/2020 saylı iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-100/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-100/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular Borclu xx.xx.2014-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə 26,992.48 ABŞ dolları əsas, 4,369.44 dolları məbləğində faiz borcu və 1,432.14 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 32,794 (otuz iki min yeddi yüz doxsan dörd) ABŞ dolları 06 (altı) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişlərin qeydə alınması üçün dövlət rüsumunun əvəzi və 21 manat xidmət haqqı əvəzi, cəmi 61 (altmış bir) manat Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün ona barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq təqdim edilməsinə və izahatının alınmasına baxmayaraq o, borcunu ödəməmiş və bu səbəbdən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron İcra” informasiya sistemi vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Yevlax rayon Xanabad kəndində yerləşən 1 mərtəbəli, 10 otaqdan ibarət olan, 0.023930 torpaq sahəsində yerləşən ümumi sahəsi 175.20 kvm olan qeyri yaşayış sahəsi müəyyən edilmişdir. Eyni zamanda “Elektron İcra” informasiya sistemində borclunun adına əmək haqqı və sair gəlirlər aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həb qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-100/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular Borclu xx.xx.2014-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə 26,992.48 ABŞ dolları əsas, 4,369.44 dolları məbləğində faiz borcu və 1,432.14 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 32,794 (otuz iki min yeddi yüz doxsan dörd) ABŞ dolları 06 (altı) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişlərin qeydə alınması üçün dövlət rüsumunun əvəzi və 21 manat xidmət haqqı əvəzi, cəmi 61 (altmış bir) manat Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Borclu xx.xx.2021-ci il tarixli izahatında Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-100/2020 nömrəli icra sənədinə əsasən Borclu 32,794 (otuz iki min yeddi yüz doxsan dörd) ABŞ dolları 06 (altı) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişlərin qeydə alınması üçün dövlət rüsumunun əvəzi və 21 manat xidmət haqqı əvəzi, cəmi 61 (altmış bir) manat Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Borclu hazırki borcu ödəyə bilməyəcəyini bildirmişdir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin portalından çıxarışdan görünür ki, Borclu məxsus olan Yevlax rayon Xanabad kəndində yerləşən 1 mərtəbəli, 10 otaqdan ibarət olan, 0.023930 torpaq sahəsində yerləşən ümumi sahəsi 175.20 kvm olan qeyri yaşayış sahəsi var. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərovun təqdimatı təmin olunmalı, Borclu məxsus olan Yevlax rayon Xanabad kəndində yerləşən 1 mərtəbəli, 10 otaqdan ibarət olan, 0.023930 torpaq sahəsində yerləşən ümumi sahəsi 175.20 kvm olan qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Təqdimat təmin edilsin. Borclu məxsus olan Yevlax rayon Xanabad kəndində yerləşən 1 mərtəbəli, 10 otaqdan ibarət olan, 0.023930 torpaq sahəsində yerləşən ümumi sahəsi 175.20 kvm olan qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulsun. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar