Məhkəmə qərarları › İş №8(039)-79/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-79/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-79/2023 17.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəməyə təqdimat verərək Yevlax şəhəri ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-5583/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 11 sentyabr 2017-ci il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Borclu könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Tələb borclu tərəfindən könüllü qaydada ödənilmədiyindən, tələbin borclunun əmlakına yönəldilməsi məqsədilə müvafiq sorğular edilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcək əmlak və gəlir aşkar edilməmişdir. Borclu və Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri ünvan 1 ünvanında yaşayan Borclu icra işi ilə əlaqədar könüllü icra üçün bildiriş göndərilməsinə və iş üzrə izahatlarının alınmasına baxmayaraq tələbi icra etməmiş və bu barədə rəsmi olaraq heç bir üzrlü səbəb göstərməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 31556 saylı, 02 fevtral 2018-ci il tarixli tələbin könüllü icrası haqqında surətindən görünür ki, Borclu ünvanına bildiriş göndərilmişdir. ünvan 2ul 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrlü səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu icra sənədi üzrə olan borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri ünvan 1 ünvanında yaşayan Borclu icra sənədi üzrə borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar