Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-8/2023 01.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə Tələbkar "xxxx" QSC-nin Yevlax rayon İcra və Probasiya şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması barədə 16 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədinə əsasən xx.xx.1997-ci ildə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri İ.Quliyev küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan X5 oğlundan 1130 AZN borcun, 118.28 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 16 dekabr 2022-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədinin məhkəməyə qaytarılmasını qərara almışdır. Tələbkar "xxxx" QSC məhkəməyə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 16 dekabr 2022-ci il tarixli qərarından şikayət verərək, icra sənədinin qaytarılması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov tərəfindən qəbul edilmiş 16 dekabr 2022-ci qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar "xxxx" QSC ərizəni onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1403/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərarı ilə borclu X1 "xxxx" MMC-nin xeyrinə ümumilikdə 1248.28 manat məbləğində borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş və məhkəmə qərarı icra edilməsi üçün Yevlax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından belə məlum olur ki, Yevlax rayon məhkəməsinin 2(039)-1403/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Belə ki, qərardan göründüyü kimi icra vərəqəsinin geri qaytarılmasına səbəb borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, “İcra Haqqında” AR Qanununun 23.1.3-ci maddəsi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Lakin Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov borclunun və ya onun əmlakının axtarışı ilə bağlı heç bir tədbir görməmişdir. Belə ki, qeyd edilən icra sənədi üzrə borclu X3 WFK001041 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə satıcı “Vorld Telekom”dan 1 ədəd Samsung A705 mobil telefon və Al-dəyiş əldə etmiş və sonradan “Vorld Telekom” ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi üzrə borcluya qarşı olan tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İcra məmuru tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilən zaman borclu tərəfindən WFK001041 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əldə olunan Samsung A705-Ə və Al-dəyişə baxış keçirilməmiş və icra sənədinin geri qaytarılması barədə formal olaraq qərar qəbul etmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, 2(039)-1403/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərarı üzrə borclu bu günədək heç bir ödəniş etməmişdir. Bu isə “İcra Haqqında” AR Qanununun 12.1-ci maddəsinin tələblərinin pozulmasına və faktiki olaraq icra vərəqəsinin icrasız qalmasına səbəb olur. Borclu tərəfindən uzun müddət məhkəmə qərarının icra edilməməsi, İcra məmurunun çağırış və tələblərinə məhəl qoyulmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnir. Lakin buna baxmayaraq İcra məmuru borclu barədə inzibati xəta barədə protokol tərtib etməmişdir. Bundan başqa əmlaka baxış hansı formada keçirilməsi və hal şahidlərinin iştirakı hansı formada təmin edilməsi məsələləri ziddiyyətlidir. Baxış zamanı ilk olaraq tələbkar tərəf dəvət edilməmişdir. Bundan başqa hal şahidlərinə hüquq və vəzifələri izah edilib-edilməməsi, onların bilə-bilə yalan ifadə verməsinin məsuliyyətə səbəb olması barədə iltizam alınıb-alınmaması araşdırılmamışdır. Tələbkarın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədinə əsasən xx.xx.1997-ci ildə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri İ.Quliyev küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan X5 oğlundan 1130 AZN borcun, 118.28 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Edilmiş sorğuların cavabında X5 oğlunun gəlirlərinin və tələbin yönəldilə biləcək əmlakı daşınar və daşınmaz əmlakı aşkar olunmamışdır. Bu səbəbdən də icra sənədi məhkəməyə geri qaytarılmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: [53] 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. [54] 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. [55] 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. [56] 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)- 1403/2020 saylı icra sənədinə əsasən xx.xx.1997-ci ildə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri İ.Quliyev küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan X1 1130 AZN borcun, 118.28 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 16 dekabr 2022-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədinin məhkəməyə qaytarılmasını qərara almışdır. Tələbkar "xxxx" QSC şikayətlə məhkəməyə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23cü maddəsində əsasən icra sənədi məhkəməyə qaytarılsa da, borclunun əmlakı tam araşdırılmamışdır. Həmçinin evinə baxış keçirərək, tələbin yönəldə biləcək əmlakının axtarılmasında tələbkarın nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Yevlax rayоn İcra və Probasiya şöbəsinin 14 fevral 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ləğv edilməli, Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədi icra edilməsi üçün Yevlax rayоn İcra və Probasiya şöbəsinə göndərilmlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yevlax rayоn İcra və Probasiya şöbəsinin 14 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(039)-1403/2020 saylı icra sənədi icra edilməsi üçün Yevlax rayоn İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-8/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-8/2023
01.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver