Məhkəmə qərarları › İş №8(039)-81/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-81/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-81/2023 17.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun iştirakı ilə, Yevlax Rayon Məhkəməsi tərəfindən 1(039)-4/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədilə təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsi tərəfindən 1(039)-4/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.1996-cı ildə Yevlax rayonu Malbinəsi kəndindı anadan olmuş və həmin kəndə yaşayan Borclunn ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən 1(039)- 4/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Mülki cavabdeh Xadicə Əhmədovadan 14,905 maddi ziyan, habelə 136 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 15,041 (on beş min qırx bir) manat mülki iddiaçı Tələbkar ödənilməlidir. Borclu Xadicə Əhmədovaya könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Tələb borclu tərəfindən könüllü qaydada ödənilmədiyindən, tələbin borclunun əmlaka yönəldilməsi məqsədilə müvafiq sorğular edilmiş, lakin borcluya məxsus əmlak aşkar edilmimişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq borclu Xadicə Əhmədova məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-4/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Mülki cavabdeh X1 14,905 maddi ziyan, habelə 136 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 15,041 (on beş min qırx bir) manat mülki iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov tərəfindən Yevlax Rayon Məhkəməsinin 1(039)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraata başlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 7(039)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-4/2023 №-li, xx.xx.2023-cü il tarixli hökmü mülki iddianın təmin edilməsi hissəsində hissə-hissə icra olunması, Yevlax Rayon Məhkəməsinin 1(039)-4/2023 №-li, xx.xx.2023-cü il tarixli hökmü üzrə ödəməli olduğu 15,041 (on beş min qırx bir) manat Borclu 37 ay müddətində hər ay 400 (dörd yüz) manat, 38-ci ay isə 241 (iki yüz qırx bir) manat tutulmaqla Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra ücün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Hazırkı halda Yevlax Rayon Məhkəməsinin 7(039)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq olunur ki, icra sənədi üzrə tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi qərara alınmışdır ki, bu da, borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndiriləməsi üçün əsasları müəyyən etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d i: Yevlax Rayon Məhkəməsi tərəfindən 1(039)-4/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar