Məhkəmə qərarları › İş №8(039)-83/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-83/2023

24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-83/2023 24.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Borclu məcburi gətirilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəməyə təqdimat verərək ünvan 1 ünvanında yaşayan Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-79/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4310 manat məbləğində borc alınaraq Tələbkar ödənilməlidir. İcra işinin icrası ilə əlaqədar olaraq Borclu tələbin icra edilməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə, Yevlax Rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq o, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək, icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və icra məmurunun çağırışına gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında Borclu və Yevlax Rayon İcra və Probasiya Şöbəsi xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-79/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 4310 manat məbləğində borc alınaraq Tələbkar ödənilməlidir. İş materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 178718/2022-36-3-004 №-li, xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu ünvanına bildiriş göndərilmişdir. İcra işinin icrası ilə əlaqədar olaraq Borclu tələbin icra edilməsi üçün dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, Yevlax Rayon İcra Şöbəsinə çağırılmasına baxmayaraq O, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və Yevlax Rayon İcra Şöbəsinin çağırışına gəlməkdən boyun qaçırmışdır. Belə olan halda Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirmə tətbiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Təqdimat təmin edilsin. Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar