Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-84/2023 31.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Təqdimat verən şəxs: Yevlax Rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Borclu iştirakı ilə, “Əmlak üzərindən həbsin götürülməsi” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-967/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4257 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. Bu səbəbdən borclunun əmlakına həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət olunmuş və Yevlax Rayon Məhkəməsinin 8(039)-10/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Yevlax şəhəri Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Şək Apellyasiya Məhkəməsinin 2(107)-967/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə geri qaytarmağı və Borclu məxsus “Yevlax şəhəri Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiay Şöbəsinin icra məmuru Elşad Cabbarov təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Borclu çıxış edərək bildirmişdir ki,borcunu tam şəkildə Tələbkar ödədiyindən təqdimatın təmin olunmamasını xahiş etdi Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-967/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Yevlax şəhəri Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5, 21.2-ci və 22-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Yevlax şəhəri Q.Quliyev küçəsi bina 4 mənzil 1 nömrəli evin üzərindən həbs götürülsün. Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-84/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-84/2023
31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver