Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-88/2024 27.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(117)-113/2024 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş əmlakın üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına və təqdimata əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(117)-113/2024 saylı qətnaməsi ilə cavabdeh Borclu cəmi 5706 manat tutularaq Damla mebel MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(117)-113/2024 saylı icra sənədi icra оlunması üçün Yevlax rayоn İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilə bilməz. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 31 may 2023-cü il tarixli çıxarışdan görünür ki, Borclu ünvan 1 ünvanında yaşayış məntəqələri torpaqları üçün nəzərdə tutulmuş 0.05 ha torpaq sahəsi vardır. Məhkəmə qeyd edir ki, borclunun başqa yaşayış yerinin olmasına damir məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun aurı-ayrı hissələri həmçinin onların altında olan həyətyani torpağa (bir ailə üçün bir ev və ya mənzildə çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə yuxarıda qeyd olunanlara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(117)-113/2024 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəki Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(117)-113/2024 saylı icra sənədi üzrə Borclu adına aşkar olunmuş torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №8(039)-88/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-88/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver