Məhkəmə qərarları › İş №8(039)-90/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-90/2022

01.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-90/2022 01.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(039)-550/2022 saylı icra sənədinin icrası ilə əlaqədar «izah verilməsinə» dair ərizəyə açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(039)-550/2022 saylı qətnaməsi ilə X6 01 yanvar 2003-cü il tarixdə bir oğlan uşağının doğması faktı müəyyən edilmişdir. Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi Elşən Quliyev qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədə uşağın doğum faktı tək ana qaydasında (nikahdan kənar) müəyyən edildiyindən və uşaq 01 yanvar 2003-cü il tarixdə doğulması (hazırda yetkinlik yaşına çatmış) ilə əlaqədar uşağın soyadı və adı X1 yox, anasının soyadı ilə qeydə alınması barədə Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(039)-550/2022 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi Elşən Quliyev ərizəni onunla əsaslandırmişdir ki, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(039)- 550/2022 saylı qətnaməsi ilə X6 01 yanvar 2003-cü il tarixdə bir oğlan uşağının doğması faktı müəyyən edilmişdir. Sözügedən qətnamənin müəyyən etdi hissəsində müəyyən edilmişdir ki, ərizəçi X8r. Ana X2 Xeyrat Tağı qızının bacısıdır və hazırda vəfat edib. Bununla yanaşı X7 bacısı oğlu X4 01 yanvar 2003-cü il tarixdə tək ana qaydasında (nikahdan kənar) doğulması müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan rəsmi məlumat veriməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. 01 yanvar 2003-cü il təvəllüdlü X3 doğum akt qeydində ata qrafasında qeyd Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 6.7-ci bəndinə əsasən aparılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 6.7-ci bəndinə əsasən, Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi Elşən Quliyevə izah edilsin ki, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(039)-550/2022 saylı qətnaməsinin icrası zamanı 01 yanvar 2003-cü il təvəllüdlü X3 anası vəfat etdiyindən şəxsin adı, soyadı və ata adı məhkəməyə müraciət etmiş şəxs X7 deməsinə görə aparılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar