Məhkəmə qərarları › İş №8(039)-90/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-90/2023

29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-90/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 2(039)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, icra sənədində Borclu1 1964.12 manat borc alınaraq tələbkar "xxxx" MMCnin xeyirinə ödənilməlidir. Yevlax Rayon Məhkəməsinin 2(039)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu1 könüllü icra üçün müəyyən olunmuş vaxtda qətnamə üzrə məbləği ödəməkdən və dəfələrlə Yevlax RİPŞ-nə çağırılsa da gəlməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixdə Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Cabbarov, Yevlax Rayon Məhkəməsinin 2(039)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. İcra məmuruna və icra işi üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan rəsmi məlumat veriməsinə baxmayaraq gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunun və icra işi üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 2(039)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar, yəni borcu ödənilib qurtarana kimi Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar, yəni borcu ödənilib qurtarana kimi Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar