Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-91/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədirliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-2437/2018 №-li, 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Borclu Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmə əmrinin hissə-hissə icra edilməsinə yəni, Yevlax Rayon Məhkəməsinin 2(039)-2437/2018 №-li, 18 sentyabr 2018-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, 2020-2021-ci illər ərzində karantin vəziyyəti ilə əlaqədar olaraq borcu yaranmışdır. Maddi imkanı aşağı olduğuna görə hər ay borcunu 50- 60 manat olmaqla tələbkara ödəyə bilər. Ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Borclu və tələbkar Dövlət Sosial Müdafiə Fondunun Yevlax Şəhər Şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiklərinə görə məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2437/2018 №-li, 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu (VÖEN ********** qeydiyyat **********60 №-li) 1619 manat 82 qəpik məbləğində borc tutularaq DSMF-nin Yevlax Şəhər Şöbəsinə ödənilməlidir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün aidiyyəti üzrə Yevlax Rayon İcra Şöbəsinə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu məhkəmə əmri üzrə məbləği tələbkarın xeyrinə bir dəfəyə ödəyə bilmədiyi üçün Borclu hazır ki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsində göstərilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirilməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra qurumunun rəhbərlərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üslunun və qaydasının dəyişdirilməsi haqqında işə baxılmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə hesab edir ki, Borclu məhkəmə əmri üzrə olan borcunu hissə-hissə hər ay 50-60 manat olmaqla ödəməsi tələbkarın hüquqlarının pozulmasına səbəb ola bilər. Borclu borcun ödənilməsi ilə bağlı real imkansızlığı barədə ərizəsində irəli sürdüyü xüsusatlar ərizənin təmin olunması üçün əsas ola bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 2(039)-2437/2018 №-li, 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 2(039)-2437/2018 №-li, 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(039)-91/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-91/2022
21.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver