Məhkəmə qərarları › İş №8(039)-92/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-92/2023

29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-92/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəməyə təqdimat verərək Yevlax şəhəri Q.Qarayev küçəsi ev 35 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1533/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 2040 manat məbləğində pul alınıb Tələbkar MMC-nin xeyrinə verilməlidir. Borclu könüllü icra üçün bildiriş və xəbərdarlıq verilməsinə baxmayaraq tələbi qərəzli olaraq icra etməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Tələb borclu tərəfindən könüllü qaydada ödənilmədiyindən, tələbin borclunun əmlakına yönəldilməsi məqsədilə müvafiq sorğular edilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcək əmlak və gəlir aşkar edilməmişdir. Borclu və Yevlax Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, ünvan 1 ünvanında yaşayan Borclu icra işi ilə əlaqədar könüllü icra üçün bildiriş göndərilməsinə və iş üzrə izahatlarının alınmasına baxmayaraq tələbi icra etməmiş və bu barədə rəsmi olaraq heç bir üzrlü səbəb göstərməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 256051/2022-36-3-004 saylı, xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında surətindən görünür ki, Borclu ünvanına bildiriş göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrlü səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu icra sənədi üzrə olan borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: ünvan 1 ünvanında yaşayan Borclu icra sənədi üzrə borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar