Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-93/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Zərdab Rayon Notariat Ofisi 8İ-82 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsinə” dair Yevlax RİPŞ-dan daxil olmuş təqdimata baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Notariat Ofisi 8İ-82 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 1087.79 manat məbləğində borc alınaraq Tələbkar ASC-yə xeyrinə verilməlidir. Zərdab Rayon Notariat Ofisi 8İ-82 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Borclu borcu var. Lakin Borclu dəfələrlə xəbərdarlıq olunmasına və Yevlax RİPŞ-nə çağırılmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz səbəbdən Yevlax RİPŞ-nə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Yevlax şəhər İcra və Probasiya şöbəsinin icracısı Fərhad Əliyev, Zərdab Rayon Notariat Ofisi 8İ-82 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. İcra məmuruna və icra işi üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan rəsmi məlumat veriməsinə baxmayaraq gəlməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunun və icra işi üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Zərdab Rayon Notariat Ofisi 8İ-82 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Yevlax RİPŞ-nə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci, Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Zərdab Rayon Notariat Ofisi 8İ-82 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax rayonu Nərimanabad kəndində yaşayan Borclu Yevlax RİPŞ-nə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yevlax RPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Əlizadə Ruslan
Məhkəmə qərarları › İş №8(039)-93/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-93/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver