Məhkəmə qərarları › İş №8(039)-98/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-98/2022

22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-98/2022 22.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Təqdimat verən şəxs: Yevlax Rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə “Əmlak üzərindən həbsin götürülməsi” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1028/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu icra sənədində qeyd edilən əmlaklar,onlar olmadıqda dəyəri alınaraq X1 xeyrinə verilməlidir. Bu səbəbdən borclunun əmlakına həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət olunmuş və Yevlax Rayon Məhkəməsinin 8(039)-35/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes 190 minik” markalı ** UG *** dövlət nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1028/2021 saylı xx.xx.2021-cu il tarixli icra sənədinə əsasən tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə geri qaytarmağı və Borclu məxsus “Mercedes 190 minik” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindənhəbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiay Şöbəsinin icra məmuru Elşad Cabbarov təqdimatı müdafiə edib göstərilənləri təsdiq edərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1028/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Mercedes 190 minik” markalı ** UG *** dövlət nişanlı avtomaşının üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və "Məhkəmə Qərarlarının İcrası Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5, 21.2-ci və 22-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes 190 minik” markalı ** UG *** dövlət nişanlı avtomaşının üzərindən həbs götürülsün. Qərardadın icrası Yevlax RİPŞ-nə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra verildikdən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar