Məhkəmə qərarları › İş №8(039)-99/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №8(039)-99/2023

20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 8(039)-99/2023 20.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1816/2022 nömrəli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 1816/2022 nömrəli icra sənədi üzrə xx.xx.1967-ci il tarixdə Yevlax rayonunda anadan olmuş və Yevlax şəhəri Nəsimi küçəsi ev 29-da yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(039)-1816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 1985.5 manat borc pulun alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Borclu tələbin icra edilməsi üçün bildiriş və inzibati xəbardarlıq göndərilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və Yevlax rayon icra və probasiya şöbəsinin çağırışına gəlməkdən boyun qaçmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-1816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlamaq haqqında qərarını Borclu göndərilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 172413/2023-3607-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 172413/1 saylı icra sənədini icra etmədiyi halda inzibati məsuliyyəti daşıdığı barədə xəbərdarlıqdan görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Borclu göndərilmiş bildiriş xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən (SS870992463AZ) Borclu xx.xx.2023-cü il tarixdə çatdırılmışdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1816/2022 nömrəli icra sənədi üzrə borclu–xx.xx.1967-ci ildə Yevlax rayonunda doğulmuş və Yevlax şəhəri Nəsimi küçəsi ev 29-da qeydiyyatda olan Borclu Yevlax rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrdаddаn, rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar