Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-10/2023 14.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Maraqlı şəxs (icra icraatında tələbkar)- X1, Maraqlı şəxs (icra icraatında borclu)- Borclu iştirakları ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 “Kəlbəcər Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(040)-170/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanov təqdimatla Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, icraatında olan icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12 may 2023-cü il tarixli qərarla icraata başladığı, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-170/2023 nömrəli 21 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12 may 2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sonədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara elektron icra sistemi vasitəsilə sorğular göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, borclu xx xxxxx 1982-ci ildə Kəlbəcər rayonunun Yellicə kəndində doğulmuş, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evində məskunlaşan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqdimat verən Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxs (icra icraatında tələbkar)- X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi əsasında Borclu ona olan 3300 (üç min üç yüz) manat borcu hələ də ödənilməmiş qalmaqdadır. İcra məmurunun təqdimatı ilə razı olduğunu bildirir. Odur ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs (icra icraatında borclu)- Borclu məhkəmə iclasında tələbkar X2 3300 (üç min üç yüz) manat borcunun qaldığını, odur ki, icra məmurunun onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə təqdimatı və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(040)-170/2023 saylı qətnaməsi əsasında 18 aprel 2023-cü il tarixdə verilmiş icra vərəqəsinə (hazırki iş materiallarında surətidir-hakimin qeydi) əsasən, Borclu 3300 (üç min üç yüz) manat məbləğində pul alınaraq X2 verilməlidir. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanov tərəfindən qəbul edilmiş 12 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, 2(040)-170/2023 saylı 21 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanov tərəfindən Borclu ünvanlanmış 12 may 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Borclu tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-“İcra haqqında” Qanun): - 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsindən görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən məhkəmə iclasında baxılmaqla həll edilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-170/2023 saylı 21 fevral 2013-cü il tarixli qətnaməsi əsasında 18 aprel 2023-cü il tarixdə verilmiş icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatında olan icra işi üzrə Borclu icra məmuru tərəfindən 12 may 2023-cü il tarixli qərarla təyin edilmiş könüllü icra üçün müəyyən edilmiş vaxtda icra sənədini üzürsüz səbəbdən icra etməmiş, icra sənədi hal-hazıradək icra olunmamış qalmışdır. İcra sənədinin Borclu tərəfindən hal-hazıradək icra edilməməsini, Borclu Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olmasını və bunun nəticəsində məhkəmə qətnaməsinin icrasız qala biləcəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 təqdimatı təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-170/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsi əsasında 18 aprel 2023-cü il tarixdə verilmiş icra sənədi üzrə borclu- xx xxxxx 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edilənədək məhdudlaşdırılsın. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-10/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-10/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver