Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-11/2025 03.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi (icra icraatında tələbkar)-X3 iştirakı ilə, X1”Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi əsasında başlanmış icra icraatına xitam verilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (icra icraatında tələbkar) X10 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)- 266/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən, 30 oktyabr 2012-ci ildə doğulmuş X11 və 13 may 2015-ci ilə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi ilə cavabdeh (ata) X4 iddiaçı (ana) X3 xeyrinə hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində olmaqla iki uşağa görə aylıq cəmi 300 (üç yüz) manat ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu X12 birgə nikahlarından olan uşaqlar- 30 oktyabr 2012-ci ildə doğulmuş X11 və 13 may 2015-ci ilə doğulmuş X5 yetkinlik yaşına çatanadək ona ödənilməli olan alimenti tam şəkildə ödəmişdir. Ona görə də X8 qarşı aliment tələbindən imtina edir və Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Maraqlı şəxslər-icra icraatında borclu X12 və icra qurumu- (Maraqlı şəxs1) məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (o cümlədən nümayəndə ilə təmsil olunmamışlar). Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi (icra icraatında tələbkar) X10 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildrimişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi ilə 30 oktyabr 2012-ci ildə doğulmuş X11 və 13 may 2015-ci ilə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh X4 alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hazırda aliment tələbindən imtina etməyinin səbəbi X7 birgə nikahdan doğulan 30 oktyabr 2012-ci ildə doğulmuş X11 və 13 may 2015-ci ilə doğulmuş X5 yetkinlik yaşına çatanadək ödənməli olan aliment məbləğini birdəfəlik tam şəkildə ödəmişdir. Hal-hazırda heç bir aliment borcu qalmamaışdır. Ona görə də aliment tələbindən imtina etdiyinə görə Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir (bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsinin (qanuni qüvvəyə minmişdir) surətindən görünür ki, 30 oktyabr 2012-ci ildə doğulmuş X11 və 13 may 2015-ci ilə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üz yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh X4 alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 icra məmuru X13 tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarın surətindən görünür ki, icra sənədi üzrə tələbkar X2 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 20.1.5. icra sənədi tam icra olunduqda. -20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tələbkar X3 Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, ərizəçi (icra icraatında tələbkar) X2 Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)- 266/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbdən imtina etmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. 30 oktyabr 2012-ci ildə doğulmuş X11 və 13 may 2015-ci ilə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(040)-266/2023 saylı qətnaməsi ilə cavabdeh (ata) X4 iddiaçı (ana) X3 xeyrinə hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində olmaqla iki uşağa görə aylıq cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı icra icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-11/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-11/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver