Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-12/2023 14.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbinə” dair iddiası üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-279/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-279/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında 05 mart 2001-ci il tarixdə Goranboy Rayon VVADQ Şöbəsi tərəfindən 5-ci nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 17 sentyabr 2011-ci il tarixdə doğulmuş X3 anası (iddiaçı) Tələbkar yanında saxlanılması, 27 oktyabr 2022-ci il (qətnamə yazılı tərtib edilərkən nəticə hissəsində səhvən “2002-ci il göstərilib”) tarixdən hesablanmaqla, 17 sentyabr 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə alimentlə bağlı hissədə icra edilməsi üçün Goranboy Rayon İcra və Probasiya şöbəsinə icra sənədi göndərilmişdir. Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 02 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-279/2023 saylı icra vərəqəsində 27 oktyabr 2002-ci il tarixdən hesablanmaqla, 17 sentyabr 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədində alimentin tutulması barədə zərurət yaranmışdır. Ərizəyə baxılması 14 noyabr 2023-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Kəlbəcər Rayon Məhkəməsinin iş üzrə 02 noyabr 2023-cü il tarixli 2(040)-279/2023 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-279/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin “məhkəmə qət etdi” ifadəsindən sonra gələn nəticə hissəsinin dördüncü abzasında “27 oktyabr 2002-ci il tarixdən hesablanmaqla” ifadəsinin “27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla” ifadəsi kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarına baxaraq qətnaməyə izah verilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-279/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin “məhkəmə qət etdi” ifadəsindən sonra gələn nəticə hissəsinin dördüncü abzasında “27 oktyabr 2002-ci il tarixdən hesablanmaqla” ifadəsinin “27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla” ifadəsi kimi oxunmalı olduğu başa düşülməlidir. Şərh olunanlara əsasən və Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(040)-279/2023 saylı qətnaməsinə izah verilsin: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-279/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin “məhkəmə qət etdi” ifadəsindən sonra gələn nəticə hissəsinin dördüncü abzasında “27 oktyabr 2002-ci il tarixdən hesablanmaqla” ifadəsinin “27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla” ifadəsi kimi oxunmalı olduğu başa düşülsün. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-12/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-12/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver