Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-14/2025 13.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Təqdimat verən (icra məmuru)- Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, Təqdimat verən- Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 ”borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair” təqdimatı üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-44/2024 saylı 13 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Borclu tələbi könüllü icra etmədiyinə görə, məcburi qaydada borclunun qeyd olunan əmlakı üzərinə Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə Borclu məxsus “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla bağlı Tələbkar Göygöl Rayon İcra və Probasiya Şöbəsinə 17 fevral 2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Borclu borcunu tam şəkildə ödəmişdir. İş üzrə məhkəmə iclası 13 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, Borclu və Tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən- Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-44/2024 saylı 13 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Borclu tələbi könüllü icra etmədiyinə görə, məcburi qaydada borclunun qeyd olunan əmlakı üzərinə Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə Borclu məxsus “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla bağlı Tələbkar Göygöl Rayon İcra və Probasiya Şöbəsinə 17 fevral 2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Borclu borcunu tam şəkildə ödəmişdir. Tələbkar tərəfindən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə verildiyindən və icra vərəqəsi üzrə Borclu mülkiyyətində olan “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş еdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə Borclu məxsus “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-44/2024 saylı 13 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcra haqqında” Qanun) 43-cü maddəsinin müddəalarından görünür ki, borclunun əmlakı üzərinə həbs qoyulması məcburi icra tədbirlərindən biridir və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən tədbirlərdən biridir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatından və iş materiallarından görünür ki, Borclu məxsus “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanmasına olan zərurət artıq aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmuru tərəfindən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi mexanizmi göstərilməsə də, “İcra haqqında” Qanunun ümumi prinsipləri baxımından, məcburi icra tədbirinin görülməsinə əsas olan halın aradan qalxması (borclunun tələbkara olan borcunun ödənilməsi) borclunun əmlakı üzərinə qoyulmuş həbsin də götürülməsinə əsasdır. Məhkəmə təqdimat verən icra məmurunun izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21273” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs dərhal götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(040)-4/2024 saylı qərardadı ilə Borclu məxsus “VAZ 21723” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad dərhal icra edilsin. Qərardadın icrasına nəzarət Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-14/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-14/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver