Məhkəmə qərarları › İş №8(040)-18/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-18/2025

21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-18/2025 21.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, X1 “28 yanvar 2025-ci ildə doğulmuş X2 üçün tutulan aliment məbləğinin indeksasiya edilməsinə dair” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar təkbaşına (yazılı icraat qaydasında) nəzərdən keçirib, müəyyənetdim: X3 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 28 yanvar 2025-ci ildə doğulmuş X2 üçün hər ay tutulan sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, ərizə iddianın yolverilməzliyinə görə (həmin ərizə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə), Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinə əsasən, geri qaytarılmalıdır. Belə ki, ərizəçi uşağın saxlanılması üçün məhkəmə qətnaməsi olmadığı halda, mövcud olmayan aliment məbləğinin indeksasiya edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericilikdə həmin növ ərizələrin iddianın yolverilməzliyinə görə geri qaytarılması əsasları ayrıca qeyd olunmasa da, hesab edirəm ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən bu cür hallarda qanunun analogiyası tətbiq edilməli və məsələ Mülki Prosessual Məcəllənin 12-ci fəslində göstərilən qaydada həll olunmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər, iddianın yolverilməzliyinə görə (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 “28 yanvar 2025-ci ildə doğulmuş X2 üçün tutulan aliment məbləğinin indeksasiya edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər iddianin yolverilməzliyinə görə (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar