Məhkəmə qərarları › İş №8(040)-19/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-19/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-19/2025 12.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 nömrəli qərardadına izah verilməsinə dair iş üzrə maraqlı şəxs X2 ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 nömrəli qərardadı ilə ərizəçi X2 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin qismən təmin edilməsi, ərizəçi X3 övladı- 11 fevral 2022-ci ildə doğulmuş X6 ilə hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 12:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması və həmin hüququn həyata keçirilməsinə cavabdeh Maraqlı şəxs2 tərəfindən imkan yaradılması, X2 övladı ilə ünsiyyətinə edilən maneələrin cavabdehə (Maraqlı şəxs2) qadağan edilməsi, qalan hissədə ərizənin təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır (Qərardadın təsviri hissəsindən görünür ki, iddiaçı X4 cavabdeh Maraqlı şəxs2 qarşı “nikahın pozulması və uşağın atanın himayəsində qalması” tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ilə bağlı e-2(040)-816/2024 saylı mülki iş Kəlbəcər Rayon Məhkəməsinin icraatında olmuşdur). Qərardad icra edilməsi üçün Maraqlı şəxs1nə göndərilmişdir. Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X4 21 aprel 2025-ci il tarixdə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək qərardada izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 nömrəli qərardadı ilə ona övladı- 11 fevral 2022-ci ildə doğulmuş X6 ilə hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 12:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması və həmin hüququn həyata keçirilməsinə cavabdeh Maraqlı şəxs2 tərəfindən imkan yaradılması, X2 övladı ilə ünsiyyətinə edilən maneələrin cavabdehə (Maraqlı şəxs2) qadağan edilməsi qərara alınmışdır. Lakin qərardadda onun övladı ilə görüş yeri müəyyən olunmamış və bununla bağlı heç bir müddəa qərarda yer almamışdır; hazırda övladı X6 ilə Maraqlı şəxs1 inzibati binasında görüşmək məcburiyyətində qalmışdır. Hesab edir ki, görüşün Maraqlı şəxs1 inzibati binasında təşkil edilməsi övladı ilə onun ünsiyyət hüquqlarını kobud şəkildə pozan bir vəziyyətdir, çünki o və övladı həmin yerdə səmərəli və rahat vaxt keçirə bilmirlər; onlar üçün görüşün inzibati binada təçkil edilməsi o və övladı üçün ədalətsizlikdir, eyni zamanda övladı üçün psixoloji travmadır. Buna görə də onun övladı ilə əlverişli şəraitdə və qarşı təəfin süni maneələri və əngəlləri olmadan görüş hüququ təmin olunmalı və onun üçün, xüsusilə övladının üstün mənafeyi naminə əlverişli görüş yeri müəyyən edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsini rəhbər tutaraq Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 nömrəli qərardadının məzmununa izah verilməsini xahiş edir. Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 saylı Qərardada izah verilməsinə dair ərizəyə baxılması 01 may 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 12 may 2025-ci il tarixə təxirə salınmışdır. Maraqlı şəxslərə (ərizəçiyə, borcluya və icra qurumuna) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Hazırki 16(040)-19/2025 saylı iş üzrə məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, iddiaçı X2 cavabdeh Maraqlı şəxs2 qarşı “nikahın pozulması və uşağın atanın himayəsində qalması” tələbinə dair iddiası üzrə Kəlbəcər Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2(040)-816/2024 saylı qətnaməsi ilə iddiaçı X4 və cavabdeh Maraqlı şəxs2 arasında nikahın pozulması, tərəflərin birgə rəsmi nikahından 11 fevral 2022-ci ildə doğulmuş X6 nikahın pozulmasından (boşanmadan) sonra anası- cavabdeh Maraqlı şəxs2 yanında saxlanması, 11 fevral 2022-ci ildə doğulmuş X5 atası- iddiaçı X1 alınıb anası-cavabdeh Maraqlı şəxs2 verilməsi qət edilmiş, mülki iş üzrə iddiaçı X4 həmin qətnamədən apellyasiya şikayəti vermiş və mülki iş halhazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır (e-2(040)-816/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minməmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarına baxaraq qərardada izah verilməsinə zərurət olmadığı qənaətinə gələrək, qərardada izah verilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 saylı qərardadının nəticə hissəsində ərizəçi X3 övladı- 11 fevral 2022-ci ildə doğulmuş X6 ilə hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 12:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması qeyd olunmuşdur; “sərbəst ünsiyyətdə olmaq” ifadəsinə isə izah verilməsinə zərurət yoxdur, belə ki, “sərbəst” sözünün mənasından göründüyü kimi, sərbəstlik- insanın öz iradəsi ilə davranması və bu zaman hər hansı kənar iradədən asılı olmaması anlamını verir. Ərizəçinin diqqətinə çatdırılır ki, Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 saylı qərardadının icrası ilə bağlı hüquqlarının pozulmasından aidiyyəti üzrə inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi- Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 saylı qərardadı əsasında Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X2 qərardada izah verilməsinə dair ərizəsi təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 16(040)-7/2024 saylı qərardadına izah verilməsindən imtina edilsin. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar