Məhkəmə qərarları › İş №8(040)-2/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-2/2025

27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-2/2025 27.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi (icra icraatında tələbkar)-X4 və Maraqlı şəxs (icra icraatında borclu)-Maraqlı şəxs2 iştirakları ilə, X1”Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X4 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə 16 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs2 ona ödənilməli olan aylıq 120 (bir yüz iyirmi) manat aliment məbləğinin 0,40 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 05 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizəçi (icra icraatında tələbkar) X4 məhkəmə iclasında ilkin ərizənin dəqiqləşdirilməsi barədə əlavə ərizə verərək, borclu Maraqlı şəxs2 onun xeyrinə olan alimentin minimum aylıq əmək haqqı məbləğinin müvafiq həddində indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun cavabdehlə qeyri-rəsmi nikahlarından 16 avqust 2013-cü ildə övladları X5 doğulmulmuşdur. Kəlbəcər Məhkəməsinin 29 mart 2019cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə 16 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ata Maraqlı şəxs2 hər ay 120 (bir yüz iyirmi) manat sabit pul alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda 120 (bir yüz iyirmi) manat aylıq aliment uşağın saxlanmasında azlıq edir və hesab edir ki, ona ödənilməli olan aylıq alimentin məbləği ölkə üzrə hazırki sosial göstəricilərə uyğun indeksasiya edilməlidir. İş üzrə məhkəmə iclası 17 fevral 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 27 fevral 2025-ci il tarixə təxirə salınmışdır. Ərizəçi (icra icraatında tələbkar) X4 məhkəmə iclasında ərizəsini müdafiə edərək, Kəlbəcər Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul aylıq aliment məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs (icra icraatında borclu) X6 məhkəmə iclasında ərizəyə etiraz edərək, avtomobil ustasının köməkçisi peşəsində işlədiyini, xəstə anasına baxdığını və bu aliment öhdəliyindən əlavə də aliment öhdəliyinin olduğunu, alimentin miqdarının artırılmasına səbəb olacaq qərar qəbul edilməsinə etiraz etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə 16 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 may 2017-ci il tarixli 2(040)-998/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyinə ödənilməsi qət edilmişdir. - Maraqlı şəxs1 icra məmuru Xəyal Verdiyev tərəfindən qəbul edilmiş 20 iyun 2017ci il tarixli “İcraata başlamaq haqqında” qərarla Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 may 2017-ci il tarixli 2(040)-998/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra icraatına başlanılmışdır. -Kəlbəcər Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(040)-316/2019 saylı məktubu (iş materiallarında surətidir) ilə qanuni qüvvəyə minmiş 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsi üçün Maraqlı şəxs1nə göndərildiyi göstərilir. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına müxtəlif dəyişikliklər, o cümlədən 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 -ci yarımbəndlər əlavə edilmişdir: -“8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X2 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə 16 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı ərizənin daxil olduğu 05 fevral 2025-ci il tarixdən hesablanmaqla ölkə üzrə hazırki sosial göstəricilərə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)- 316/2019 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 250 (iki yüz əlli) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir; deməli, Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2019-cu ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (120 : 250 = 0,48). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi 16 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə olan aylıq 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı 05 fevral 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,48 (sıfır tam yüzdə qırx səkkiz) misli həddində indeksasiya edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı hər uşağa görə 192 manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad dərhal icraya yönəldilməli və mövcud icra sənədinə əlavə edilməklə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. 16 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi ilə cavabdeh (ata) Maraqlı şəxs2 iddiaçı (ana) X2 xeyrinə qət olunmuş 120 (yüz iyirmi) manat sabit pul məbləğində aylıq alimentin məbləği 05 fevral 2025-ci il tarixdən hesablanmaqla və sonrakı atımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,48 (sıfır tam yüzdə qırx səkkiz) misli həddində indeksasiya edilsin. Qərardad icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(040)-316/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar