Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-24/2025 16.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 nömrəli qətnaməsinə izah verilməsinə dair iş üzrə maraqlı şəxs X2 ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Maraqlı şəxs2 övladı- 03 oktyabr 2022-ci ildə doğulmuş X4 ilə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 2024-2025-ci illər üzrə: hər həftənin şənbə günləri saat 11:00-dan 12:00-dək , 2026-2028-ci illər üzrə: hər həftənin şənbə günləri saat 11:00-dan saat 14:00-dək, 2029-cu ilin əvvəlindən uşaq yetkinlik yaşına çatanadək olan müddət üzrə: hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək sərbəst ünsiyyətdə olmaq hüququnun tanınması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Maraqlı şəxs1nə göndərilmişdir. X5 06 may 2025-ci il tarixdə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli, e-2(040)-96/2024 saylı qətnaməsinə 03 oktyabr 2022-ci il tarixdə anadan olmuş qızı X1 atası ilə görüşündə onun iştirakının olub-olmaması barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsində iddiaçı Maraqlı şəxs2 cavabdeh X3 qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair iddia qaldırmışdır. Kəlbəcər Rayon Məhkəməsində e-2-(040)-96/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. e-2(040)-96/2024 saylı qətnamədə uşaqla görüş zamanı ananın iştirakı ilə görüşün keçirilməsi barədə heç bir qeyd aparılmamışdır. Belə ki, onun (ananın) 03 oktyabr 2022-ci il tarixdə anadan olmuş qızı X1 azyaşlı olduğundan ondan ayrı qala bilmir. İcra məmuru isə uşaqla onun iştirakı olmadan görüşün keçirilməli olduğunu bildirir. Bu isə övladında psixoloji sarsıntı yaradır. İcra məmuru belə əsaslandırır ki, məhkəmə qətnaməsi əsasında verilən icra vərəqəsində uşaqla görüş zamanı ananın iştirakı barədə heç bir qeyd aparılmayıb. Hal-hazırda Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-96/2024 saylı qətnaməsi icrasız qalmışdır. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024cü il tarixli 2(040)-96/2024 nömrəli qətnaməsinin məzmununa izah verilməsini xahiş edir. Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizəyə baxılması 16 may 2025-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxslərə (ərizəçiyə, borcluya və icra qurumuna) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarına baxaraq qətnaməyə izah verilməsinə zərurət olmadığı qənaətinə gələrək, qətnaməyə izah verilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 saylı qətnaməsinin nəticə hissəsində Maraqlı şəxs2 övladı- 03 oktyabr 2022-ci ildə doğulmuş X4 ilə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 2024-2025-ci illər üzrə: hər həftənin şənbə günləri saat 11:00-dan 12:00-dək , 2026-2028-ci illər üzrə: hər həftənin şənbə günləri saat 11:00-dan saat 14:00-dək, 2029-cu ilin əvvəlindən uşaq yetkinlik yaşına çatanadək olan müddət üzrə: hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək sərbəst ünsiyyətdə olmaq hüququnun tanınması qeyd olunmuşdur; “sərbəst ünsiyyətdə olmaq” ifadəsinə isə izah verilməsinə zərurət yoxdur, belə ki, “sərbəst” sözünün mənasından göründüyü kimi, sərbəstlik- insanın öz iradəsi ilə davranması və bu zaman hər hansı kənar iradədən asılı olmaması anlamını verir. Ərizəçinin diqqətinə çatdırılır ki, Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 saylı qətnaməsinin icrası ilə bağlı hüquqlarının pozulmasından aidiyyəti üzrə inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi- Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 saylı qətnaməsi əsasında Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X2 qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(040)-96/2024 saylı qətnaməsinə izah verilməsindən imtina edilsin. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-24/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-24/2025
16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver