Məhkəmə qərarları › İş №8(040)-29/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-29/2025

13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-29/2025 13.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan Şikayət verən (icra icraatında tələbkar) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Maraqlı şəxs1 icra məmuru X1 “İcra sənədinin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərarından verdiyi şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 yazılı şikayətlə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e- 2(040)-671/2024-011 saylı icra sənədi üzrə Maraqlı şəxs1 icra məmuru Cahangir Alıyevin “İcra sənədinin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və qətnamənin yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024cü il tarixli e-2(040)-671/2024-011 saylı icra sənədinə əsasən Maraqlı şəxs2 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə (bundan sonra ASC) ödəməlidir. Qeyd olunan icra sənədi heç bir icra hərəkətləri aparılmadan, qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər görülmədən icrasız məhkəməyə qaytarılmışdır. İcra sənədinin məhkəməyə qaytarılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 14 noyabr 2024-cü il tarixli məktubu 26 may 2025-ci il tarixdə ASC-yə daxil olduqdan sonra tələbkara məlum olmuşdur. İcra məmuru tərəfindən “İcra haqqında” Qanunda qeyd edilən icra hərəkətləri edilməmiş, qətnamənin icrasının təmin edilməsi üçün zəruri tədbirlər görülməmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e- 2(040)-671/2024-011 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Maraqlı şəxs2 subroqasiya qaydasında 1300 (bir min üç yüz) manat pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun pul əvəzinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 icra məmuru X5 tərəfindən qəbul edilmiş “İcra sənədnin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-671/2024-011 nömrəli 01 iyul 2024-cü il tarixli icra sənədinin Kəlbəcər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2(040)-671/2024-011 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 subroqasiya qaydasında 1300 (bir min üç yüz) manat pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun pul əvəzinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Maraqlı şəxs1nə göndərilmişdir. Maraqlı şəxs1 icra məmuru X5 tərəfindən qəbul edilmiş “İcra sənədnin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərar ilə iş üzrə borclunun tələbin yönələ biləcəyi hər hansı dəyərli əşyasının olmadığına görə, Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e- 2(040)-671/2024-011 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır (icra sənədi məhkəməyə qaytarılmışdır). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin: -1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. -2-ci hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -6.1 və 6.1.2-ci maddələrindən görünür ki, məhkəmə əmrləri də icra sənədləri sayılır. -23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. -23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -23.7-ci maddəsinə sasən, ccra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur; tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -45.7-1-cı maddəsinə (17 fevral 2025-ci il tarixdən hal-hazıradək qüvvədə olan mətninə) əsasən, tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 (bir) iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə X3 Sistemində müvafiq qeyd aparılmalıdır. -45.7-1-cı maddəsinin 30 dekabr 2018-ci il tarixdən 17 fevral 2025-ci il tarixədək qüvvədə olmuş mətninə əsasən, tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 (bir) iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Məhkəmə hesab edir ki, tələbkar Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Maraqlı şəxs1 icra məmuru X1 “İcra sənədinin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərarından verdiyi şikayət əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Maraqlı şəxs1 icra məmuru X1 Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2(040)-671/2024-011 saylı icra sənədi üzrə “İcra sənədinin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərarında əsas kimi tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmadığını göstərilmiş, lakin bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, “icra sənədinin qaytarılması haqqında” qərar düzgün əsaslandırılmamışdır. İcra sənədi məhkəməyə daxil olduğundan, məhkəmə hesab edir ki, Maraqlı şəxs1 icra məmuru X1 “İcra sənədinin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-671/2024- 011 saylı 01 iyul 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi (icra vərəqəsi) təkrar Maraqlı şəxs1nə göndərilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Maraqlı şəxs1 icra məmuru X1 Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2(040)-671/2024-011 saylı qətnaməsi əsasında verilmiş icra sənədi ilə bağlı qəbul etdiyi “İcra sənədinin qaytarılması haqqında” 14 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2(040)-671/2024-011 saylı qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün təkrarən Maraqlı şəxs1nə göndərilsin və Ağdam Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədi üzrə icra tədbirləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq davam etdirilsin. Qərardad dərhal icraya yönəldilsin. Bu qərardaddan şikayət verilə bilər. Bu qərardaddan şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar