Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-38/2025 07.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Maraqlı şəxs (icra icraatında borclu)- Maraqlı şəxs2 iştirakı ilə, X1 ”uşaqların saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X9 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi ilə 21 dekabr 2015-ci ildə doğulmuş X2, 25 noyabr 2017-ci ildə doğulmuş X5 və 06 aprel 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləği ilə müəyyən edilmiş hər bir uşaq üçün 100 (bir yüz) manat, üç uşaq üçün cəmi 300 (üç yüz) manat alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 28 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs2 ilə aralarında bağlanmış nikahları Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)- 493/2024 saylı qətnaməsi ilə pozulmuş, övladları- 21 dekabr 2015-ci ildə doğulmuş X2, 25 noyabr 2017-ci ildə doğulmuş X5 və 06 aprel 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 mart 2024-cü il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, üç uşağa görə aylıq cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Hazırki vəziyyətdə o, həmin məbləğdə olan alimentlə uşaqlarının ehtiyaclarını ödəyə bilmir, uşaqlar böyüdükcə ehtiyacları da daima artır. İş üzrə məhkəmə iclası 07 avqust 2025-ci il tarixə təyin edilmişdir. Ərizəçi (Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-493/2024 nömrəli qətnaməsi üzrə iddiaçı) X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs (icra icraatında borclu) Maraqlı şəxs2 məhkəmə iclasında izahat verərək maddi vəziyyətinin hazırki aliment məbləğindən artıq miqdarda ödəniş etməyə imkan vermədiyini və aliment miqdarının indeksasiya edilməsinə etiraz etdiyini bildirmişdir İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsinin surətindən görünür ki,iİddiaçı X4 cavabdeh Maraqlı şəxs2 qarşı “nikahın pozulması tələbinə dair” iddiasının təmin edilməsi, iddiaçı X9 ilə cavabdeh Maraqlı şəxs2 arasında 02 iyun 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 1474 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 21 dekabr 2015-ci ildə doğulmuş X7, 25 noyabr 2017-ci ildə doğulmuş X10 və 06 aprel 2022-ci ildə doğulmuş X3 anaları- iddiaçı X4 yanında saxlanılmaları, 21 dekabr 2015-ci ildə doğulmuş X7, 25 noyabr 2017-ci ildə doğulmuş X10 və 06 aprel 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, 14 mart 2024-cü il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, üç uşağa görə aylqı cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 alınaraq iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. -Azərbaycan Respublikası vətəndaşının “AA4843232” seriyalı, 8RFQ7BK fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 21 dekabr 2015-ci ildə doğulmuşdur. -Azərbaycan Respublikası vətəndaşının “AA4823232” seriyalı, 8CCULUY fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 25 noyabr 2017-ci ildə doğulmuşdur. -Azərbaycan Respublikası vətəndaşının “AA3457587” seriyalı, ZQS01JZ fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 06 aprel 2022-ci ildə doğulmuşdur. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli SərəncAmirın 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına müxtəlif dəyişikliklər, o cümlədən 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 -ci yarımbəndlər əlavə edilmişdir: -“8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X4 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi ilə 21 dekabr 2015-ci ildə doğulmuş X2, 25 noyabr 2017-ci ildə doğulmuş X5 və 06 aprel 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı ərizənin daxil olduğu 28 iyul 2025-ci il tarixdən hesablanmaqla qanunvericiliyə və ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 345 (üç yüz qırx beş) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir. Deməli, Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2024-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (100:345=0,29). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi ilə 21 dekabr 2015-ci ildə doğulmuş X2, 25 noyabr 2017-ci ildə doğulmuş X5 və 06 aprel 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə tutulan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı 28 iyul 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) misli həddində olmaqla üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,87 (sıfır tam yüzdə səksən yeddi) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əmək haqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı bir uşağa görə 116 (bir yüz on altı) manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qəbul edildikdən sonra mövcud icra sənədinə əlavə edilməklə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi ilə 21 dekabr 2015-ci ildə doğulmuş X2, 25 noyabr 2017-ci ildə doğulmuş X5 və 06 aprel 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 100 (bir yüz) manat sabit pul məbləğində aylıq alimentin miqdarı 28 iyul 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) misli həddində olmaqla üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,87 (sıfır tam yüzdə səksən yeddi) misli həddində indeksasiya edilsin. Qərardad dərhal icraya yönəldilsin və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(040)-493/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron formada şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-38/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-38/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver