Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-4/2024 07.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Təqdimat verən-Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Maraqlı şəxs (icra icraatında tələbkar)- Tələbkar iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(040)-44/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin Borclu məxsus Xetçbek “Vaz 21723” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin üzərinə həbs qoyulmasına dair Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(040)-44/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin Borclu məxsus Xetçbek “Vaz 21723” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(040)-44/2024 saylı qətnaməsi əsasında 13 fevral 2024-cü il tarixdə verilmiş icra sənədinə əsasən, Borclu hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Tələbin könüllü icrası üçün borcluya rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Xetçbek “Vaz 21723” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, tələbin Borclu mülkiyyətində olan Xetçbek “Vaz 21723” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə və bu avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Maraqlı şəxs (icra icraatında borclu) Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahatında təqdimatın əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs (icra icraatında tələbkar)- Tələbkar məhkəmə iclasında izahat verərək, Borclu aliment borcunu vaxtında yerinə yetirmədiyini bildirərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(040)-44/2024 saylı qətnaməsi əsasında 01 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə (hazırki iş materiallarında surətidir-hakimin qeydi) əsasən, 04 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 21 iyul 2006-cı ildə doğulmuş X6 və 08 aprel 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan: 80515/2024-2-17 saylı icra işi üzrə elektron sistemdən çıxarışdan görünür ki, “Vaz 21723 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. İş materiallarına əlavə edilmiş: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, 2(040)-44/2024 saylı 13 fevral 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Borclu ünvanlanmış 12 mart 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Borclu tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-“İcra haqqında” Qanun): -43.1, 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri olaraq müəyyən edilmişdir. -45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. -49.1-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan qida məhsullarına, daimi istifadə edilən qabqacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. -49.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Hazırki iş üzrə işin hallarından və iş materiallarından görünür ki, tələbin Borclu məxsus “Vaz 21723 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin üzərinə həbs qoyulması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 49.1 və 49.2-ci maddələrində, həmçinin, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarında nəzərdə tutulmuş məhdudiyyətlər mövcud deyildir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, tələb Borclu məxsus “Vaz 21723 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin üzərinə həbs qoyularaq avtomobilin hər-hansı qaydada özgəninkiləşdirilməsi qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cümaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilsin. Tələb Borclu məxsus “Vaz 21723 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin üzərinə həbs qoyularaq avtomobilin hər-hansı qaydada özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad dərhal qüvvəyə minsin. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Bu qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-4/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-4/2024
07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver