Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-40/2025 04.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Maraqlı şəxs (icra icraatında tələbkar) Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (icra icraatında borclu) X2 “Kəlbəcər Rayon Məhkəməsinin 19 mart 2025ci il tarixli e-2(040)-304/2025 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borcun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə” ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (icra icraatında borclu) X3 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 19 mart (ərizədə 22 may yazılıb) 2025-ci il tarixli e-2(040)-304/2025 saylı icra sənədi üzrə hal-hazıra yaranmış olan borcunun hər ay 100 (bir yüz) manat olmaqla hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli e-2(040)-304/2025 saylı icra sənədinə əsasən ondan cəmi 5952,80 AZN (beş min doqquz yüz əlli iki manat-80 qəpik) məbləğində kredit borcu tutulub tələbkar Maraqlı şəxs2 ASC-yə ödənilməlidir. Həmin icra sənədi üzrə onun hazırda borcu icra sənədində göstərildiyi kimi qalmaqdadır. Hal-hazırda "xxxx" MMC-də operator vəzifəsində işləyir və hər ay 800 (səkkiz yüz) manat əməkhaqqı alır. İcra sənədi icra edilməsi üçün icra və probasiya şöbəsi tərəfindən aldığı əmək haqqının 50 faiz hissəsinə yönəldilmişdir. Onun bundan əlavə digər banklara da kredit borcu var və onları da ödəməkdə çətinlik çəkir. Yeganə gəlir yeri aldığı əmək haqqından ibarətdir. Maddi vəziyyətləri çox aşağıdır və dolanmaqda çətinlik çəkir. Himayəsində dörd nəfər ailə üzvü var. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçi X3 məhkəmə iclasına gəlməmiş, gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, ərizəçi X2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs (icra icraatında tələbkar) Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 mart 2025-ci il tarixli e-2(040)-304/2025 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 iddiaçı Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1) 03 iyul 2023-cü il tarixli 800804-517838/3 nömrəli kredit müqaviləsi üzrə 4217,89 AZN (dörd min iki yüz on yeddi manat-89 qəpik) əsas borc və 521,11 AZN (beş yüz iyirmi bir manat-11 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 4739 AZN (dörd min yeddi yüz otuz doqquz manat) məbləğdə kredit borcunun, 2) 03 iyul 2023-cü il tarixli 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 1074,42 AZN (bir min yetmiş dörd manat-42 qəpik) əsas borc və 60,25 AZN (altmış manat-25 qəpik) faiz borcu, həmin müqavilə üzrə cəmi 1134,67 AZN (bir min bir yüz otuz dörd manat-67 qəpik) məbləğdə kredit borcunun, iki müqavilə üzrə cəmi 5873,67 AZN (beş min səkkiz yüz yetmiş üç manat-67 qəpik) kredit borcunun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 79,13 AZN dövlət rüsumunun pul əvəzinin, ümumilikdə 5952,80 AZN (beş min doqquz yüz əlli iki manat-80 qəpik) məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 rəisi vəzifəsini müvəqqəti icra edən böyük icra məmuru X4 “İcraata başlamaq haqqında” 22 may 2025-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, ərizəçi (icra icraatında borclu) X3 ərizədə istinad etdiyi halları Мülki Prosessual Мəcəllənin 231.1-ci maddəsinə əsasən yetərli əsaslandırmamış, o cümlədən əmlak vəziyyətinin icra sənədi üzrə borcun ödənilməsinə imkan vermədiyinə dair mötəbər sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, X2 ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (icra icraatında borclu) X2 ərizəsi təmin edilməsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron formada şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-40/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-40/2025
04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver