Məhkəmə qərarları › İş №8(040)-42/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-42/2025

19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-42/2025 19.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, Ərizəçi (icra icraatında tələbkar)- X1 “uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi (icra icraatında tələbkar) X3 xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 28 avqust 2015-ci ildə doğulmuş X4 və 01 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşaq üçün hər ay minimum əmək haqqının 1 (bir) misli (yəni 400 manat) miqdarında sabit pul məbləğində alimentin Maraqlı şəxs Kazım oğlundan tutularaq iddiaçı-tələbkar X2 ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(040)-997/2024 saylı qətnaməsi ilə 28 avqust 2015-ci ildə doğulmuş X4 və 01 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Kazım oğlundan tutularaq iddiaçı-tələbkar X2 ödənilməsi qət edilmişdir. Uşaqların böyüməsi onların bütün xərclərinin artması ilə müşayiət olunur. Artıq məktəb ili başlanır; repititor xərcləri, məktəb ləvazimatları, məktəbli paltarları və sair geyimlərin alınmasında cavabdeh tərəfindən heç bir addım atılmamışdır. 2024-cü ildə minimum əmək haqqı 345 (üç yüz qırx beş) manat, müəyyən edilmiş aliment (200 manat) həmin məbləğin təqribən 80 faizini təşkil edir. Faktiki hallar: Kəlbəcər Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(040)-997/2025 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh Maraqlı şəxs Kazım oğluna qarşı “aliment tələbinə dair” iddiasının qismən təmin edilməsi, iddiaçı X3 ilə cavabdeh Maraqlı şəxs Kazım oğlunun birgə nikahlarından 28 avqust 2015-ci ildə doğulmuş X7 və 01 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 30 avqust 2024-cü il tarixdən hesablanmaqla, hər uşağa görə aylıq 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh Maraqlı şəxs Kazım oğlundan iddiaçı X1 xeyrinə tutulması, cavabdeh Maraqlı şəxs Kazım oğlundan həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi olaraq 50 (əlli) manat məbləğdə pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Maraqlı şəxs Kazım oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının həmin iş üzrə 05 fevral 2025-ci il tarixli 2(104)-489/2025 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh Maraqlı şəxs Kazım oğluna qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(040)-997/2025 saylı qətnaməsindən cavabdeh Maraqlı şəxs Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(040)- 997/2025 saylı qətnaməsi -iddiaçı X3 ilə cavabdeh Maraqlı şəxs Kazım oğlunun birgə nikahlarından 28 avqust 2015-ci ildə doğulmuş X7 və 01 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 30 avqust 2024-cü il tarixdən hesablanmaqla, hər uşağa görə aylıq 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh Maraqlı şəxs Kazım oğlundan iddiaçı X1 xeyrinə tutulması-hissəsində dəyişdirilməsi, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 30 avqust 2024-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin 28 avqust 2015-ci ildə doğulmuş X7 və 01 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs Kazım oğlundan iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə (həmin ərizə məhkəmə qaydasında baxılmalı olmadığına görə), Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinə əsasən, geri qaytarılmalıdır. Belə ki, ərizəçi uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli 2(104)-489/2025 saylı qətnaməsi ilə indeksasiya edildiyi halda, yenidən indeksasiya ilə bağlı məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericilikdə həmin növ ərizələrin yolverilməzliyinə görə geri qaytarılması əsasları ayrıca qeyd olunmasa da, hesab edirəm ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən bu cür hallarda qanunun analogiyası tətbiq edilməli və məsələ Mülki Prosessual Məcəllənin 12-ci fəslində göstərilən qaydada həll olunmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər, iddianın yolverilməzliyinə görə (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının həmin iş üzrə 05 fevral 2025-ci il tarixli 2(104)-489/2025 saylı qətnaməsinin qəbul edilməsindən sonra cavabdehin əmlak vəziyyətinin yüksəlməsi nəticəsində daha artıq aliment ödəməyə imkan verdiyini təsdiq edən sübutları olarsa, cavabdehə qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəmədə iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi (icra icraatında tələbkar)-X1 “uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizənin yolverilməzliyinə görə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar