Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-48/2025 22.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi (icra icraatında tələbkar) X2 iştirakı ilə, X1 "uşaqların saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair" ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X6 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Maraqlı şəxs2 ilə birgə nikahlarından olan 31 may 2017-ci ildə doğulmuş X3 və 03 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsinə əsasən kəsilmiş hər ay hər uşaq üçün olan 160 (bir yüz altmış) manat aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir (Ərizə 11 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs2 ilə 2016-cı ildə ailə qurmuşdur və onunla 12 aprel 2019-cu ildə aralarında rəsmi nikahları qeydə alınmışdır. Daha sonra münasibətləri alınmamış və onlar boşanmışdır. Birgə nikahlarından 31 may 2017-ci ildə X7 və 03 iyun 2019-cu ildə X8 doğulmuşdur. Övladları hal-hazırda onun himayəsində yaşayırlar. Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)- 305/2023 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs2 31 may 2017-ci ildə doğulmuş X3 və 03 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün əvvəlki qətnaməyə əsasən nikah pozulmuş, uşaqların himayəsi ona verilmiş və hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz iyirmi) manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh Maraqlı şəxs2 hal-hazırda olan qazancından xəbərdar deyil. Birgə nikahları dövründə cavabdehin yaxşı qazancı var idi. Bu dövrdə uşaq saxlamaq çox çətindir; uşağı üçün əlindən gələni edir və cavabdeh uşağın saxlanması üçün hər uşaq üçün 300 (üç yüz) manat aliment verə bilər. 160 (bir yüz altmış) manat aliment uşağın normal böyüdülməsi üçün çox aşağıdır. Bu gün uşaqlarının onun qayğısına çox ehtiyacları var. İş üzrə məhkəmə iclası 22 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Borclu (Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-305/2023 nömrəli qətnaməsi üzrə cavabdeh) Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə borclunun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi (icra icraatında tələbkar) X6 məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh Maraqlı şəxs2 qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiasının qismən təmin edilməsi, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs2 arasında Gəncə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2019-cu il tarixdə 791 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 31 may 2017-ci il tarixdə doğulmuş X3 və 03 iyun 2019-cu il tarixdə doğulmuş X4 anaları (iddiaçı) X2 yanında saxlanılmaları, 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla, 31 may 2017-ci il tarixdə doğulmuş X7 və 03 iyun 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 alınaraq iddiaçı X5 verilməsi, cavabdeh Maraqlı şəxs2 158,40 manat (yüz əlli səkkiz manat-40 qəpik) dövlət rüsumunun tutulması, bundan 108,40 manat (yüz səkkiz manat-40 qəpik) dövlət büdcəsinə, 50 (əlli) manat isə iddiaçı X5 ödənilməsi, iddiaçı X6 tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi cavabdeh Maraqlı şəxs2 alınıb iddiaçı X5 ödənilməsi qət edilmişdir. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli SərəncAmirın 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: -“8.4-1-ci bəndində qeyd edilir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2-ci bəndində qeyd edilir: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X2 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsi ilə 31 may 2017-ci ildə doğulmuş X3 və 03 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay ödənilməli olan 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla qanunvericiliyə və ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 345 (üç yüz qırx beş) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir. Deməli, Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2023-cü ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (160:345=0,46). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsi ilə 31 may 2017-ci ildə doğulmuş X3 və 03 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə olan aylıq 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı bir uşağa görə 184 (bir yüz səksən dörd) manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(040)-305/2023 saylı qətnaməsi ilə 31 may 2017-ci ildə doğulmuş X3 və 03 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 160 (yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli həddində indeksasiya edilsin. 31 may 2017-ci ildə doğulmuş X3 və 03 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün maraqlı şəxs (2(040)-305/2023 saylı qətnamə üzrə cavabdeh) Maraqlı şəxs2 ərizəçi (2(040)-305/2023 saylı qətnamə üzrə iddiaçı) X2 xeyrinə hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,92 (sıfır tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə (elektron formada) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-48/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-48/2025
22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver