Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-53/2025 24.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Maraqlı şəxs (icra icraatında borclu)- Maraqlı şəxs2 iştirakı ilə, X1 ”uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X4 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 saylı qətnaməsi əsasında (əslində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2025 saylı qətnaməsi əsasında-hakimin qeydi) 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün borclu Maraqlı şəxs2 hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat alimentin indeksasiya olunması məsələsinə baxılmasını xahiş etmişdir (Ərizə 14 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 saylı qətnaməsinə əsasən Maraqlı şəxs2 ilə birgə nikahlarından 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün sabit pul məbləğində olmaqla 140 (bir yüz qırx) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2025 saylı qətnaməsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği 2025-ci il üzrə minimum əmək haqqına uyğun indeksasiya edilməlidir. İş üzrə məhkəmə iclası 24 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Ərizəçi (Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-353/2023 nömrəli qətnaməsi üzrə iddiaçı) X3 və Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəçinin və Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs (icra icraatında borclu) Maraqlı şəxs2 məhkəmə iclasında aliment məbləğinin indeksasiya olunmasına etiraz edərək bildirmişdir ki, aylıq olaraq 400 (dörd yüz) manat əmək haqqı alır və bundan 300 (üç yüz) manatını alimentə ödəyir. Buna görə də aliment məbləğinin indeksasiya olunmasını istəmir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: - Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2025 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 nömrəli qətnaməsinin cavabdeh Maraqlı şəxs2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmi edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 nömrəli qətnaməsinin tutulmalı olan alimentin miqdarı hissəsində dəyişdirilməsi, cavabdeh Maraqlı şəxs2 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi, iddiaçı X2 apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli SərəncAmirın 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: -“8.4-1-ci bəndində qeyd edilir ki: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2-ci bəndində qeyd edilir ki: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X2 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 saylı qətnaməsi üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2025 saylı qətnaməsi ilə 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 160 (yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli həddində indeksasiya edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2023 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləği 345 (üç yüz qırx beş) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir. Deməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2023 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2023-cü ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (160:345=0,46). Belə olan halda Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2023 saylı qətnaməsi ilə 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə altmış altı) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı bir uşağa görə 184 (yüz səksən dörd) manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(040)-786/2022 saylı qətnaməsi üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli 2(104)-353/2023 saylı qətnaməsi ilə 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 160 (yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə qırx altı) misli həddində indeksasiya edilsin. 23 sentyabr 2019-cu ildə doğulmuş X5 və 19 mart 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, maraqlı şəxs- 2(104)-353/2023 saylı qətnamə üzrə cavabdeh Maraqlı şəxs2 ərizəçi- 2(104)-353/2023 saylı qətnamə üzrə iddiaçı X2 xeyrinə, bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,46 (sıfır tam yüzdə altmış altı) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,92 (sıfır tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə (elektron formada) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-53/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-53/2025
24.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver