Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-59/2025 08.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Proses iştirakçıları hesab olunan şəxslərin iştirakları olmadan, X1 “Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2(040)- 1644/2015 saylı məhkəmə əmri ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (icra icraatında tələbkar) X6 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2kabr 2015-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 385,45 AZN (üç yüz səksən beş manat-45 qəpik) məbləğin indeksləşdirilərək 2015-ci ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək 187,60 faiz artımı (385,45 manat x 187,60 faiz =723,10 manat) nəzərə alaraq, cəmi 1108,55 AZN (min yüz səkkiz manat-55 qəpik) məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2kabr 2015-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəmi 385,45 AZN (üç yüz səksən beş manat-45 qəpik) məbləğində pulun müştərək qaydada tutularaq X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarının qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır; ödənilməmişdir. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar həmin məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş veren inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 187,60 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,9 dəfə artmışdır. Mülki prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Ərizə üzrə məhkəmə icraatı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Mülki prosessual Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Proses iştirakçılarına (ərizəçi-icra icraatında tələbkar X4, maraqlı şəxs-icra icraatında borclu Maraqlı şəxs2 və Maraqlı şəxs3 və icra qurumu- Maraqlı şəxs1nə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə məlumat verərək, işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir; maraqlı şəxslər və icra qurumunun nümayəndəsi gəlməmələrinin səbələri barədə məlmat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-1644/2015 saylı 04 dekabr 2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxx 1975-ci ildə Kəlbəcər şəhərində doğulmuş, Kəlbəcər şəhəri, Q.Nəbi küçəsi, ev 42-də daimi qeydiyyatda olаn və hazırda Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, Bağlar massivi, 9-cu küçə, ev 9-da məskunlaşan Maraqlı şəxs2 və xx xxxxxx 1959-cu ildə Kəlbəcər rayonunda doğulmuş, Kəlbəcər şəhəri, Lenin prospekti, ev 177-də daimi qeydiyyatda olan və hazırda Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Politexnik texnikomun 1 saylı yataqxanasında məskunlaşan Maraqlı şəxs3 müştərək qaydada 364,45 (üç yüz altmış dörd manat 45 qəpik) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 21 (iyirmi bir) manat, cəmi 385,45 (üç yüz səksən beş manat 45 qəpik) manat pul vəsaitinin alınıb X4 ödənilməsi əmr edilmişdir. -X7 (VÖEN:**********) tərəfindən tərtib edilmiş 14 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2kabr 2015-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəmi 385,45 AZN (üç yüz səksən beş manat-45 qəpik) məbləğində pulun tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qərara alınmışdır; məhkəmə qərarından sonra ödəniş olunmamışdır. -Mingəçevir Şəhər İcra Şöbəsinin icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu X5 08 yanvar 2016-cı il tarixdə icraatına daxil olmuş, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-1644/2015 saylı 04 dekabr 2015-ci il tarixli icra sənədi üzrə qəbul etdiyi 12 yanvar 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -Maraqlı şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış 29 yanvar 2016-cı il tarixli 17/68832-12 nömrəli məktubun surətindən görünür ki, borclu Maraqlı şəxs3 ünvanı tam və dəqiq göstərilmədiyindən ünvan 2kabr 2015-ci il tarixli məhkəmə əmri məhkəməyə geri qaytarılmışdır. -Maraqlı şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış 19 noyabr 2025-ci il tarixli 3-16- 35-14/2-122216/2025 nömrəli məktubundan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1644/2015 saylı icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icraatında mövcud deyildir və şöbənin arxivində aşkar edilməmişdir. -“Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs2 06 aprel 2021-ci il tarixdə ölmüşdür. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin 1-ci hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2025-ci il tarixli qərarının nəticə hissəsinin: -1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129cu maddələrinin 1-ci hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər; -2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir; -3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir; xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir; -4-cü bəndində göstərilir ki, hüquqi müəyyənlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Konstitusiya Məhkəməsi həmin Qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir; nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir, bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsindən görünür ki, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir; Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır; istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir; indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi (tələbkar) X3 ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs2 06 aprel 2021-ci il tarixdə ölmüşdür. Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2(040)-1644/2015 saylı məhkəmə əmri ilə borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 kreditor X3 xeyrinə ödənilməli olan və hazırki tarixə ödənilməmiş qalan 385,45 (üç yüz səksən beş manat- 45 qəpik) manat əsas borc borclu Maraqlı şəxs3 ilə bağlı hissədə 2015-ci ilin dekabr ayından 2025-ci ilin sentyabr ayınadək olan müddət üzrə 343,82 manat (89,2 faiz) artımla 729,27 manat (yeddi yüz iyirmi doqquz manat-27 qəpik) məbləğə indeksasiya edilməlidir (385,45 x 189,2 % = 729,27). Ərizə qalan hissədə- əlavə 385,45 (üç yüz səksən beş manat- 45 qəpik) manat məbləğin indeksasiya olunmuş məbləğə əlavə edilməsi hissəsində qanunsuz və əsassız olduğundan, həmin hissədə və borclu Maraqlı şəxs2 öldüyündən onunla bağlı hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2(040)-1644/2015 saylı məhkəmə əmri ilə borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 kreditor X3 xeyrinə ödənilməli olan və hazırki tarixə ödənilməmiş qalan 385,45 (üç yüz səksən beş manat- 45 qəpik) manat əsas borc borclu Maraqlı şəxs3 ilə bağlı hissədə 2015-ci ilin dekabr ayından 2025ci ilin sentyabr ayınadək olan müddət üzrə 343,82 manat (89,2 faiz) artımla 729,27 manat (yeddi yüz iyirmi doqquz manat-27 qəpik) məbləğə indeksasiya edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2(040)-1644/2015 saylı məhkəmə əmri üzrə borclu Maraqlı şəxs3 kreditor X3 xeyrinə 729,27 manat (yeddi yüz iyirmi doqquz manat-27 qəpik) məbləğdə pul vəsaiti 2(040)-1644/2015 saylı məhkəmə əmri üzrə 2015-cü ilin dekabr ayından 2025-ci ilin sentyabr ayınadək olan müddət üzrə indeksasiya olunmuş məbləğ olaraq tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron formada şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-59/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-59/2025
08.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver