Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-6/2025 20.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi (icra icraatında tələbkar) X1 və Maraqlı şəxs (icra icraatında borclu) Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (icra icraatında tələbkar) X1 “Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsi əsasında ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X3 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları-20 aprel 2008-ci ildə doğulmuş X5 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tairixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə ona ödənilməli olan aylıq aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 10 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Məhkəməsinin 14 dekabr 2023-cü il tairixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə 20 aprel 2008-ci ildə doğulmuş X5 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul alimentin tutularaq onun xeyrinə ödənilməsi edilmişdir. Hal-hazırda 170 (bir yüz qırx) manat aylıq aliment uşağın saxlanmasında azlıq edir və hesab edir ki, ona ödənilməli olan aylıq alimentin məbləği ölkə üzrə hazırki sosia göstəricilərə uyğun indeksasiya edilməlidir. İş üzrə məhkəmə iclası 20 fevral 2025-ci il tarixə təyin edilmişdir. Ərizəçi (icra icraatında tələbkar) X3 məhkəmə iclasında ərizəsini müdafiə edərək, Kəlbəcər Məhkəməsinin 14 dekabr 2023-cü il tairixli 2(040)-1097/2023 saylı saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 20 aprel 2008-ci ildə doğulmuş X5 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə onun xeyrinə ödənilməli olan 170 (bir yüz səksən) manat, iki uşağa görə cəmi 340 (üç yüz qırx) sabit pul aylıq aliment məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs (icra icraatında borclu) Maraqlı şəxs2 məhkəmə iclasında ərizəyə etiraz edərək, hal-hazırda işləmədiyini və maddi cəhətdən çətinlik çəkdiyini, ona görə də alimentin miqdarının artırılmasına səbəb olacaq qərar qəbul edilməsinə etiraz etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 dekabr 2023-cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə 20 aprel 2008-ci ildə doğulmuş X5 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyinə ödənilməsi qət edilmişdir. -Maraqlı şəxs1 icra məmuru X6 tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 dekabr 2023-cü il tairixli 2(040)-1097/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra icraatına başlanılmışdır. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına müxtəlif dəyişikliklər, o cümlədən 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 -ci yarımbəndlər əlavə edilmişdir: -“8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X1 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə 20 aprel 2008-ci ildə doğulmuş X5 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı Namazova (hal-hazlrda-Mirzəyeva) Ləman Pənah qızının xeyrinə hər ay hər uşağa görə tutulmalı olan aylıq 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin miqdarı ərizənin daxil olduğu 10 fevral 2025-ci il tarixdən hesablanmaqla ölkə üzrə hazırki sosial göstəricilərə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 345 (üç yüz qırx beş) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir; deməli, Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2023-cü ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (170 : 345 = 0,49). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə 20 aprel 2008-ci ildə doğulmuş X5 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı Namazova (hal-hazırda “Mirzəyeva”) Ləman Pənah qızının xeyrinə olan aylıq 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin miqdarı 10 fevral 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,49 (sıfır tam yüzdə qırx doqquz) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı hər uşağa görə 196 manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qanuni qüvvəyə mindikdən sonra mövcud icra sənədinə əlavə edilməklə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (icra icraatında tələbkar) X1 "məhkəmə qətnaməsi əsasında ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsinə dair” ərizəsi təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(040)-1097/2023 saylı qətnaməsi ilə 20 aprel 2008-ci ildə doğulmuş X2 və 07 avqust 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı Namazova (hal-hazırda-Mirzəyeva) Ləman Pənah qızının xeyrinə hər ay hər uşağa görə tutulmalı olan aylıq 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin miqdarı 10 fevral 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,49 (sıfır tam yüzdə qırx doqquz) misli həddində indeksasiya edilsin. Qərardad Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(040)- 1097/2023 qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilsin. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-6/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-6/2025
20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver