Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-60/2025 19.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Maraqlı şəxs (icra icraatında borclu)- Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi (icra icraatında tələbkar) X6, maraqlı şəxs (icra icraatında borclu) Maraqlı şəxs2 və icra qurumu- Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsinin iştirakları olmadan, X1 “Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(040)- 876/2014 saylı məhkəmə əmri ilə ödənilməli olan pul məbləğinin ödənilməmiş qalan hissəsinin 2014-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək olan müddət üzrə indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon icra şöbəsinin icraatında olmuş icra işi üzrə tələbkar X6 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-876/2014 saylı 05 dekabr 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 527,0 (beş yüz iyirmi yeddi) manat məbləğin indeksləşdirilərək 2014-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək 201,80 faiz artımı (527,0 manat x 187,6 faiz =988,65 manat) nəzərə alaraq, cəmi 1515,65 AZN (min beş yüz on beş manat-65 qəpik) məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 876/2014 saylı 05 dekabr 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Maraqlı şəxs2 və Maraqlı şəxs1 Talman oğlundan cəmi 527,0 (beş yüz iyirmi yeddi) manat məbləğində pulun müştərək qaydada tutularaq X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarının qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır; ödənilməmişdir. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar həmin məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş veren inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ilin aprel ayında 2015-ci ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 187,60 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 87,6 faiz artmışdır. Mülki prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Ərizə üzrə məhkəmə icraatı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Mülki prosessual Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Proses iştirakçılarına (ərizəçi-icra icraatında tələbkar X5, maraqlı şəxs-icra icraatında borclu Maraqlı şəxs2 və icra qurumu- Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə məlumat veərək, işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir; Maraqlı şəxslər və icra qurumunun nümayəndəsi gəlməmələrinin səbələri barədə məlmat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs (icra icraatında borclu)- Maraqlı şəxs1 məhkəmə iclasında ödənilməli olan pul məbləğinin ödənilməmiş qalan hissəsinin indeksasiya edilməsinə etiraz edərək bildirmişdir ki, o, hazırki mübahisə ilə bağlı heç bir müqaviləni imzalamamışdır, tələbkarı ümumiyyətlə tanımır. Hazırki məsələ ilə bağlı tələbkarla danışmaq istəsə də, mümkün olmamışdır. Onun sürücülük vəsiqəsi ilə kredit verilmir. İş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-876/2014 saylı 05 dekabr 2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon, Cavadxan küçəsi ev 48B, mənzil 73A-da daimi qeydiyyatda olаn və həmin ünvanda yaşayan Maraqlı şəxs2 və xx xxxxxx 1988-ci ildə Kəlbəcər şəhərində doğulmuş, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti, ev 83-də daimi qeydiyyatda olan Maraqlı şəxs1 hüquqi şəxs yaratmadan Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 50/14 ünvanda (“Sunny Electronics” mağazası) sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X3 xeyrinə əsas borc üzrə 506,00 (beş yüz altı) manat əsas borcun, 20,00 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1,00 (bir) manat bank xidmət haqqının, cəmi 527,0 (beş yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. -X6 (VÖEN:**********) tərəfindən tərtib edilmiş 14 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-876/2014 saylı 05 dekabr 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Maraqlı şəxs2 və Maraqlı şəxs1 Talman oğlundan cəmi 527,0 (beş yüz iyirmi yeddi) manat məbləğində pulun tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qərara alınmışdır; məhkəmə qərarından sonra ödəniş olunmamışdır. -Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 dekabr 2025-ci il tarixli 220343/2024-5-39 nömrəli məktubundan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-876/2024 saylı 05 dekabr 2014-cü il tarixli icra sənədi üzrə tutma borclu Maraqlı şəxs2 pensiyasına yönəldilmiş, hazırda pensiyadan tutulur (Məktubda icra vəziyyəti barədə dəqiqləşdirilmiş məlumat yoxdur). 2(040)-876/2014 saylı mülki iş materiallarında müvafiq məhkəmə əmrinin borclulara rəsmi qaydada verilməsini və hər hansı icra hərəkətlərinin həyata keçirilməsini təsdiq edən sənəd yoxdur. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin 1-ci hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2025-ci il tarixli qərarının nəticə hissəsinin: -1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129cu maddələrinin 1-ci hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər; -2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir; -3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir; xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir; -4-cü bəndində göstərilir ki, hüquqi müəyyənlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Konstitusiya Məhkəməsi həmin Qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir; nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir, bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi həmin Qərarın əsaslandırıcı hissəsində həmçinin qeyd etmişdir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsindən görünür ki, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir; Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır; istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir; indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi (tələbkar) X3 ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin 1-ci hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2025-ci il tarixli qərarının təsviri hissəsində qeyd etmişdir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2(040)-876/2014 saylı mülki iş materiallarında müvafiq məhkəmə əmrinin borclulara rəsmi qaydada verilməsini və hər hansı icra hərəkətlərinin həyata keçirilməsini təsdiq edən sənəd yoxdur. Hazırki iş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 dekabr 2025-ci il tarixli 220343/2024-5-39 nömrəli məktubundan göstərilir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-876/2024 saylı 05 dekabr 2014-cü il tarixli icra sənədi üzrə tutma borclu Maraqlı şəxs2 pensiyasına yönəldilmiş və hazırda pensiyadan tutulur (Məktubda icra vəziyyəti barədə dəqiqləşdirilmiş məlumat yoxdur). Belə olan halda hazırda məhkəmə əmri üzrə ödəniş edildiyini, yəni məhkəmə əmrinin icra edildiyini nəzərə alaraq, Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(040)-876/2014 saylı məhkəmə əmri ilə borclular X4 və Maraqlı şəxs1 kreditor X3 xeyrinə ödənilməli olan və hazırki tarixə ödənilməmiş qalan 527,0 (beş yüz iyirmi yeddi manat) manat borc məbləği indeksasiya edilə bilməz və həmin borcun indeksasiya edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(040)-876/2014 saylı məhkəmə əmri ilə borclular Maraqlı şəxs2 və Maraqlı şəxs1 kreditor X3 xeyrinə ödənilməli olan və hazırki tarixə ödənilməmiş qalan 527,0 (beş yüz iyirmi yeddi manat) manat borcun indeksasiya edilməsindən imtina edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron formada şikayət verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-60/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-60/2025
19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver