Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-1/2025 31.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Tələbkar iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-447/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-447/2024 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-447/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2021- ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabeh Borclu hər ay hər uşağa görə sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilib və icraya yönəldilib. Yerinə yetirilən icra tədbirləri nəticəsində Tələbkar xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olmuş ərizəsindən görünür ki, o, alimentdən imtina etdiyini bildirmiş və həmin icra sənədinə xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1 və 21-ci maddələrinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-447/2024 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, o, Borclu ilə rəsmi qayda evlənmişdir. Nikah pozulduqdan sonra xx.xx.2024-cü il tarixli, 2(041)-447/2024 nömrəli icra sənədinə əsasən 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabeh Borclu hər ay hər uşağa görə sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu aliment ödəmədiyi üçün inzibati məsulliyətə cəlb olunacağı zaman, ona alimentdən imtina etməsini, ona və uşaqlarına baxacağını bildirmişdir. O, aralarında olan razılaşmaya görə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə gəlmiş və alimentdən imtina etməyi ilə bağlı ərizə təqdim etmişdir. Lakin Borclu, cəmi bu günə qədər 300 manat ödəniş etmişdir. Bundan sonra Borclu ilə aralarında olan razılaşmanı pozmuşdur. Hesab edir ki, Borclu onu aldatmışdır. Odur ki, təqdimatın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tələbkar məhkəməyə verdiyi ərizəsində bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsinə uşaqlarının saxlanılması üçün ehtiyacı var, odur ki, təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat vermis Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 və Borclu lazimi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Tələbkar izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah olmuşdur. Borclu qanunla müəyyən edilmiş alimenti vaxtında və ya kəsrlə ödədiyi üçün onun aliment borcu yaranmış, aliment borcunundan imtina edilməsi müqabilində o, tələbkara və uşaqlarına baxacağını söz verərək aralarında razılaşma əldə olunmuşdur. Tələbkar alimentdən imtina etdikdən sonra aralarında olan razılaşmanı pozduğu üçün tələbkar da alimentin ödənilməsini xahiş edərək icra sənədinin xitam olunması barədə təqdimatın rədd edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda həmin icra sənədi üzrə icraata xitam verilməsinə əsas yoxdur. Ona görə də, təqdimat rədd edilməli və icra tədbirləri davam etdirilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə görə tələbkarın tələbindən imtinası qəbul edildikdə icraata xitam verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunın təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Həmin məcəllənin 231.4-cü maddəsinə görə icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Kürdəmir rayon İcra və Pprobasiya şöbəsinin icra məmuru X3 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-447/2024 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №8(041)-1/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-1/2025
31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver