Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-102/2024 06.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam veilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)- 917/2023 saylı xx.xx.2023-cü il tarixli vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər uşağa görə 150 manat aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilib və icraya yönəldilib. Yerinə yetirilən icra tədbirləri nəticəsində Tələbkar xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olmuş ərizəsindən görünür ki, o, alimentdən imtina etdiyini bildirmiş və həmin icra sənədinə xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1 və 21-ci maddələrinə əsasən Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında icra məmuru təqdimatını müdafiə edərək, təmin edilməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə icra sənədi üzrə Borclu və Tələbkar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş, Tələbkar xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olmuş ərizəsindən görünür ki, o iş üzrə Borclu ilə barışmış, bir yerdə yaşayaraq ailə münasibətlərini bərpa etdikləri üçün Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təyin edilən alimentdən imtina etmiş və icra sənədinə xitam verilməsini xahiş etmiş, ərizənin surəti Kürdəmir rayon icra və probasiya şöbəsinin möhürü ilə təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1.-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Tələbkar tələbdən imtinasını qəbul edilməli və Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №8(041)-102/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-102/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver