Məhkəmə qərarları › İş №8(041)-106/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-106/2025

21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-106/2025 21.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, X2, Borclu iştirakları ilə, İcra sənədi üzrə X2 alimentin indeksləşdirilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-ci il tarixli, 2(041)-100/2023 nömrəli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci ildə anadan olmuş X8 və xx.xx.2010-cu ildə anadan olmuş X9 yetkinlik yasina çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar X7 ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəsini müdafiə edərək, xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 üçün sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, aliment borcunu tam ödəməyə imkanı yoxdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasında 2023-ci il üçün minimumu əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 nömrəli qətnaməsi ilə aliment sabit pul məbləği ilə hər ay hər uşağa görə 130 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Qərarın 8.4-1-ci bəndinə əsasən 130 manat həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,43 mislini (150 :345 = 0.434) təşkil edəcəkdir. Beləliklə, xx.xx.2008-ci ildə anadan olmuş X8 və xx.xx.2010-cu ildə anadan olmuş X4 üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qərarın 8.9-1-ci yarımbəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Qərarın 8.11-1-ci yarımbəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-100/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilərək, bu qərardad qanuni qüvvəsinə mindiyi tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar