Məhkəmə qərarları › İş №8(041)-11/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-11/2025

13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-11/2025 13.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Şahbazova Göyçək Kamil qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 təqdimatla məhkəməyə müraciət edərək, tələbin borclunun əmlakına yönəldilməsi üçün iş üzrə Borclu adına olan MERCEDES D200E markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(041)-106/2024 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 300 manat aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, lakin icra sənədi bu günə kimi icra edilməmişdir. Elektron icra sistemdən əldə olunmuş çıxarışdan müəyyən edilmişdir ki, borcu Borclu adına MERCEDES D200E minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Tələbin sözügedən əmlaka yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat aliment tutulması qət edilmişdir. Borclu həmin tarixdən bu günə kimi heç bir ödəniş etməmişdir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu və Kürdəmir rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Məhərrəm Şirnalıyevə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən borclunun və təqdimat verən şəxsin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-106/2024-008 saylı icra sənədi üzrə Borclu könüllü icra müddətində icra sənədini təmin etməmişdir. Borc ödənilmədiyinə görə Borclu adına olan MERCEDES D200E minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məqsədə uyğun hesab edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-106/2024-008 saylı icra sənədi üzrə Borclu adına olan MERCEDES D200E minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar